Sayfa 2/2 İlkİlk 12
20 sonuçtan 11 ile 20 arası

Muzeylərimiz barəsində.

  1. #11
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    rəsimlərə görə təşəkkürlər Anel,
    düşünürdüm görən Anel niyə bura şəkil yerləşdirmir

  2. #12
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    Dəyməz canım ..
    [

  3. #13
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    [b]D
    [

  4. #14
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    Məmməd Səid Ordubadinin xatirə muzeyi.
    Bu muzey 1979-cu ildə yaranmışdır.
    Muzey, Azərbaycanda tarixi roman janrının əsasını qoyan, naşir və yazı
    [

  5. #15
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    N.Nərimanovun xatirə muzeyi
    Muzey, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin Mədəniyyət idarəsi-nə mənsubdur. Bu muzey 1977-ci ildə yaranmışdır. Muzeydə d
    [

  6. #16
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    Abdulla Şaiqin Mənzil-Muzeyi
    Muzey 1990-cı ildə yaranmışdır. Muzey g
    [

  7. #17
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi

    Muzey 1945-ci ildə yaranmışdır. Hal-hazırda muzey Azərbaycanın mənəvi mədəniyyətinin ən iri və zəngin xəzinələrindən birinə çevrilmişdir. Muzeyin ekspozisiyası qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verir. Muzeyin zallarında qiymətli eksponatlar, Azərbaycan və Şərq şairləri, filoloq və alimlərinin nadir əlyazmaları, məşhur xəttatların yazı nümunələri, klassiklərin əsərlərinə çəkilmiş miniatürlər, illüstrasiyalar, çap kitabları, qəzet və jurnallar, müasir Azərbaycan yazıçılarmm əsərləri, təsviri sənət əsərləri və sənədli fotoşəkillər, şəxsi xatirə əşyaları, xalq yaradıcılığı nümunələri, Azərbaycan ərazisindən tapılmış və müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, bədii xalçalar, saxsı və bürünc qablar, digər maddi mədəniyyət abidələri nümayiş etdirilir. Muzey ekspozisiyasında tarixi-xronoloji prinsip əsas götürülmüşdür.


    Muzeyin filialları: S.Yeseninin xatirə ev-muzeyi (Mərdəkan, S.Yesenin küç., 89); Xurşud-banu Natəvan adına Qarabağ filialı (Şuşa şəhəri, Aslan Qaraşarov küç. 1).
    Muzeyin Xurşud banu Natəvan adına Qarabağ filialı 1992-ci ildən etibarən, Şuşanın işğalından sonra öz fəaliyyətini dayandırmışdır.
    [

  8. #18
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    Bülbülün Memorial Muzeyi



    Muzey 1976-cı ildə yaranmşdır. Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor -Bülbülün Memorial Muzeyi. Muzeyin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaratmışdır. Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallartoplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişətəşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır.
    Filialları: Bülbülün Şüşada yerləşən ev muzeyi. Amma, 1992-ci ildən etibarən, Şuşanın işğalından sonra öz fəaliyyətini dayandırmışdir.
    [

  9. #19
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    “Muzeylərimiz dünyasəviyyəli muzeylərin sırasında yer alacaq”

    “Muzeylərimiz dünyasəviyyəli muzeylərin sırasında yer alacaq”

    Muzeylər hər bir ölkənin tarixinin vacib məqamlarını yaşadan, onun mədəniyyətinə aid eksponatları özündə cəmləşdirən, qoruyan və təbliğ edən saxlanc yerləridir.

    Dünyanın hər yerində bu mədəniyyət ocaqları tarixçilərin, eləcə də turistlərin daha çox diqqətini cəlb edir. Elə bu kimi səbəblərdən ötən əsrin 80-ci illərinin əvvəllərində fəaliyyətə başlayan YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası dünyanın bütün milli muzeylərini mühafizə etmək məqsədilə mayın 18-ni Beynəlxalq Muzeylər Günü elan edib.
    Azərbaycan Dövlət Muzeyi 1921-ci ilin mayından fəaliyyət göstərir. Sözügedən muzeydə ilkin olaraq arxeologiya, tarix, etnoqrafiya və təbiət şöbələri açılmışdı. Sonralar muzeydə incəsənət şöbəsi də təşkil olundu. Hazırda Azərbaycanda 193 muzey var. Muzeylər Mədəniyyət və Turizm Nazirliyinin, az bir hissəsi isə Milli Elmlər Akademiyasının, digər nazirlik və idarələrin tabeliyindədir. Muzeylərin əsas fondu 1 milyon 150 min 936 eksponatdan ibarətdir. Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Dövlət Tarix Muzeyi ölkəmizdə ən böyük muzeylər sayılır. İşğal olunmuş ərazilərimizdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Bunlardan 5-i dünya əhəmiyyətli memarlıq, 7-si isə arxeoloji abidədir. Bununla bərabər, ermənilər 22 muzeyimizi və 4 rəsm qalereyamızı da talan ediblər. Azərbaycan dünyada yeganə ölkə idi ki, onun Çörək muzeyi var idi. Ağdam rayonunda yaradılmış analoqu olmayan muzey də, təəssüf ki, ermənilər tərəfindən dağıdılıb.

    Muzeylərə diqqət və qayğı artırılıb

    Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin muzey işi sektorunun müdiri Azadə Hüseynova bizimlə söhbətində hazırda sözügedən sahədə köklü dəyişikliklərin və işlərin aparıldığını söylədi. Ölkə Prezidentinin 2007-ci ildə imzaladığı sərəncama əsasən, görülən və görüləcək işlər barədə Azadə xanım belə dedi: “Həmin sərəncamdan sonra muzey sektoruna diqqət və qayğı artırılıb. Sənədə uyğun olaraq, qısa müddətdə tədbirlər planı hazırlandı. Plana əsasən, hazırda muzeylərin müasirləşdirilməsi 3 istiqamətdə aparılır. Bunlar təmir-tikinti işlərinin genişləndirilməsi və sürətləndirilməsi, bədii tərtibatın müasirləşdirilməsi və maddi-texniki bazanın genişləndirilməsindən ibarətdir”. Sözügedən tədbirlərin ölkə miqyasında aparıldığını deyən sektor müdiri təmir-tikinti işləri aparıldığından görə ekspozisiyaların nümayiş etdirilmədiyini söylədi. A. Hüseynova muzeylərin müasirləşdirilməsi istiqamətində mərkəzləşdirilmiş kompyuter məlumat bazasının yaradılacağını qeyd etdi. O, bu istiqamətdə pilot layihənin həyata keçirildiyini də açıqladı: “Muzeylərdə mərkəzləşdirilmiş kompyuter bazasının yaradılması üçün muzeylərin elektron kataloqlaşdırılması lazımdır. Bu məqsədlə artıq işlər görülür və yaxın vaxtlarda Musiqi Mədəniyyəti Muzeyi sözügedən sistemə keçəcək. İnternet vasitəsilə muzey əşyaları və muzeylərin fəaliyyəti haqqında maksimum informasiya əldə etmək imkanının təmin edilməsi də fəaliyyət planımıza daxildir. Yaxın gələcəkdə muzeylərimiz dünyasəviyyəli muzeylər sırasında yer alacaq”. Nazirlik rəsmisi Xalça muzeyi üçün yeni binanın tikiləcəyini də söylədi.

    “Muzeyimizə əsasən turistlər gəlirlər”

    “Əhalinin müzeyimizə olan marağından razıyıq. Düzdür, son vaxtlar təmir işlərinə görə əvvəlki qədər ziyarətçimiz olmur. Amma, ümumilikdə muzeyimizlə maraqlananların sayını normal dəyərləndirmək olar. Sevindirici haldır ki, muzeyimizə gələnlərin əksəriyyətini turistlər təşkil edir”. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin müdiri Röya Tağıyevanın sözlərinə görə, muzeydə aparılan təmir-tikinti və müasirləşdirmə işlərindən sonra muzeyə maraq daha da artacaq. Röya xanım əhalinin diqqətini muzeylərə çəkmək üçün müxtəlif tədbirlərin keçirildiyini də söylədi: “Dünyanın bir çox ölkələrində baharın bir istirahət günündə “Muzeylər gecəsi” adı altında aksiyalar keçirilir. Bu tədbir Azərbaycanda da qeyd olunur. Builki aksiya hər bir şəxsin, xüsusən də gənclərin muzeylərə və milli dəyərlərimizə marağını artırmaq məqsədi daşıyır. Sözügedən tədbir mayın 18-də, saat 19-dan etibarən keçiriləcək”. Ölkənin təbliğatında muzeylərin böyük rol oynadığını vurğulayan R. Tağıyeva Azərbaycan tarixini, incəsənətini və mədəniyyətini beynəlxalq arenada tanıtmaq üçün Fransa, Türkiyə, Rusiya və sair muzey sahəsinin inkişaf etdiyi ölkələrdə sərgilər təşkil etdiklərini və belə tədbirlərin gələcəkdə daha da genişləndiriləcəyini dedi.

    Yeri gəlmişkən....

    Yeri gəlmişkən, qeyd edək ki, srağagün Dənizkənarı Milli Parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün binanın təməlatma mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və YUNESKO-nun baş direktoru Koişiro Matsuura iştirak ediblər. Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə inşa olunacaq bina bükülmüş xalçanı xatırladacaq.


    Anar Hacı
    [
    Ya da
    [

  10. #20
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    Müraqlı məlumatlar üçün çox sağ ol, Elif.
    Muzeylərimiz nəinki turistlər, eləcə də yerli əhalinin də daimi baş çəkdiyi bir məkan olsun.
    [

Sayfa 2/2 İlkİlk 12

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.