Milli komandamızın 2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.bu gün keçirilən püşkatma mərasimində yığmamız A qrupunda yer alıb. 6 komandamının yer aldığı qrupda millitmizin rəqiblərindən biri DÇ-2010-un seçmə mərhələsində qarşılaşdığımız Almaniya olub. Komandamız bundan başqa Türkiyə, Avstriya, Belçika vg Qazaxıstanla da qarşılaşacaq.
Qeyd edək ki, 51 komanda 9 qrupa bölüb. 6 qrupun hərəsində 6, qalan 3 qrupda isə 5 komanda yer alıb.

A qrupu: Almaniya, Türkiyə, Avstriya, Belçika, Qazaxıstan, AZƏRBAYCAN
B qrupu: Rusiya, Slovakiya, İrlandiya, Makedoniya, Ermənistan, Andorra
C qrupu: İtaliya, Serbiya, Şimali İrlandiya, Sloveniya, Estoniya, Farer adaları
D qrupu: Fransa, Rumıniya, Bosniya və Herseqovina, Belarus, Albaniya, Lüksemburq
E qrupu: Hollandiya, İsveç, Finlandiya, Macarıstan, Moldova, San-Marino
F qrupu: Xorvatiya, Yunanıstan, İsrail, Latviya, Gürcüstan, Malta
G qrupu: İngiltərə, İsveçrə, Bolqarıstan, Uels, Çernoqoriya
H qrupu: Portuqaliya, Danimarka, Norveç, Kipr, İslandiya
I qrupu: İspaniya, Çexiya, Şotlandiya, Litva, Lixtenşteyn