Futzal üzrə millimizin bürünc medal uğrunda görüşdəki rəqibi bəlli oldu. komandamız Avropa çempionatının üçüncüsü olmaq üçün Çexiyanı məğlub etməlidir. Tomaş Neumannın yetirmələri yarımfinalda dördqat Avropa çempionu İspaniyaya biabırçı hesabla məğlub olublar - 1:8.
Bürünc medal uğrunda Azərbaycan - Çexiya qarşılaşması yanvarın 30-da Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Qeyd edək ki, millimiz çexlərlə turnirin qrup mərhələsində qarşılaşıb və 6:1 hesablı qələbə qazanıb. Futzal üzrə Avropa çempionatının finalında isə Portuqaliya yığması İspaniya səddini aşmağa çalışacaq.