2 sonuçtan 1 ile 2 arası

GS Tarixi ve Bu Günü

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    GS Tarixi ve Bu Günü

    YARANMA HEKAYƏSİ

    Qalatasaray idman klubu "Qalata Liseyi"ndə (məktəbi-Sultani) yaranmışdır.20-ci əsrin əvvəllərində Türkiyədə bəzi ingilis və rumın gənclər futbol klubları yaradıb,bir-birləriylə oynamağa başlamışlar.
    Bu vaxt isə İstanbulda heç bir türk klubu yox idi. Bu əcnəbi klublarının oyunlarına 100-lərlə türkün gəlməsi Qalata sarayı Liseyi tələbələrini daha da qıcıqlandırır. Onlar artıq bir futbol klubu qurmağa qərar verirlər. Quruluş hekayəsini dahi qurucu Ali Sami Yen danışır:

    --1905-ci ilin yazında ədəbiyyat dərsi idi. Bir neçə dost birləşib futbol klubu yaratmağa qərar verdik. İlk yoldaşlarım Asım Tevfik Sonumut, Cevdet Kalpakçıoğlu,Abidin Daver,Reşat Şirvani, Kamil kimi uşaqlar idi. Məktəbdə oxuyan serb və bolqar tələbələr də bizə kömək göstərəcəklərinə söz verdilər. Asimi mühasib, cevdeti II rəis təyin etmişdim. Rəis də mən idim. Asim hər həftə uşaqlardan 1 qəpik yığırdı, Cevdet formalarımızı yuyur, mən də topa baxır-yağlayıb,şişirdirdim.
    klubu quranda tək məqsədimiz vardı - "Maksadımız İngilizler gibi toplu bir halde oynamak, bir renge ve bir isme malik olmak ve Türk olmayan takımları yenmek."

    KLUBUN ADI

    Klubun adını Gloria (zəfər), ya da Audiace (cəsarət) qoymaq istəyirdik. lakin Qalatasaray rumın klubuyla oynadığı ilk oyununu 2-0 qazandıqdan sonra azarkeşlər onlara "Qalata Sarayı Əfəndiləri" demişdi. Bundan ruhlanan futbolçular da adımız QALATASARAY olsun dedilər.

    1905-ci ildə Osmanlı İmperatorluğunda rəsmi qaydalar olmadığına görə Qalatasaray rəsmi futbol klubu ola bilmirdi.1912-ci ildə Cemiyyetler Kanunu çıxarıldıqdan sonra Qalatasaray kimlik qazandı.

    KLUBUN RƏNGLƏRİ

    Qalatasarayın ilk rəngləri qırmızı-ağ olmuşdur-bayraqdan götürülərək. Lakin o vaxtın dövləti buna icazə verməmiş-təzyiq göstərmişdir. Bundan sonra qısa müddət sarı-göy forma geyinilmiş amma bu da qalıcı olmamışdır. Ali Sami Yen sarı-qırmızının üzə çıxmasını belə danışır :

    ---Bir çox yerlər gəzdikdən sonra, nəhayət Bahçekapıdakı
    "Şişman Yanko"nun dükanına getdik. Orada zərif iki ipək parça diqqətimizi çəkdi. biri vişnə qırmızısı, o biri içində narıncını gizlədən sarı.
    Satıcı bu iki ipəyi elə birləşdirdi ki, ortaya bir quşun bel hissəini xatırladan bir parlaqlıq hasil oldu. Artıq biz rəngimizi bilirdik...

    Klub sarı-qırmızı formanı ilk dəfə 1908-ci il 6 dekabrda ingilis gəmi heyətinə qarşı keçirdiyi oyunda geyinmişdir.

    KLUBUN EMBLEMİ

    Klubun ilk emblemini isə Şevki Ege tərəfindən çəkildi. Bu ağzında top tutmuş qartal təsviri idi. Amma qartallar adı sevilmədiyi üçün bu emblem də zamanla unuduldu. Klubun sonrakı üzvlərindən Suat Başar emblemimizin yaranmasını danışır :

    ---Lise 1-də idik. Ayetullah Emin adlı tələbə yoldaşımız vardı. Dəftərlərini səliqəəylə yazar, ilk səhifəsin də bəzəyərdi. Bir dəfə onun dəftərinin ilk səhifəsində maraqlı emblem gördük bu sarı-qırmızı bir "Gayin-Sin" idi ( G və S hərfləri). Qırmızı Gayinin içinə Sarı bir sin geyindirilmişdi. Bunu artıq özlüyümüzdə emblem seçmişdik amma onu hələ konfransa təqdim etmək lazım idi. Ayetullah çox utancaq idi. 1923-cü ildə nəhayət konqre günü çatmışdı. Məktəbin rəsm zalında daha kimlət yox idi ki ??? Ayetullahdan rəsmi alan Şinasi Reşit onu konqreyə təqdim edəcəkdi. Amma o da çəkinirdi və nəhayət Dr. Namık (Canko) söz aldı və "Dostlar yoldaşımız Şinasi Reşit bizim üçün bir rozet gətirmiş və onun bizim üçün rəmz olmasını təklif edirəm. Və o vərəqi qaldırdı. Alqışlarla qəbul olundu. Ayetullah sadəcə əski əlifbayla Gayin-Sin çəkməmiş yeni yazıyla GS da yaratmışdı. Bu emblem məktəb formalarında, zərflərdə işlənirdi. Amma imkansızlıqlar üzündən formalar gecikirdi. Nəhayət 1925-də bu işi İpək kinosunun yanındakı bir mağazaya verdik. bədbəxtçilim üzündən bunlar itdi. Sonrdan bu emblem bir az dəyişildi. 1931-də Ayetullah Emini,1933-də Dr. Namıkı torpağa verdik (P.S. Allah rəhmət eləsin...)

    KUBOKLAR-UĞURLAR

    Qalatasaray Türkiyədə ən çox kubok alan klubdu-61 kubok.
    Bunlara 17 çempionluq, 14-Türkiyə Kuboku,12-TSYD Kuboku,
    10-Cumhurbaşkanlığı Kuboku, 5- Başbakanlıq Kuboku,1 UEFA Kuboku, 1- UEFA Superkuboku,1-Türkiyə Superkuboku.....

    Bu günə qədər liqada ən çox xal qazanan klub.

    626 oyun,340 qələbə,101 bərabərlik,85 məğlubiyyət, 1111 qol,519 buraxılan, və 1121 xal.

    Avropada qazandığı xal lara görə 29-cu-303. Qalatasaraydan 15 dəfə bombardir çıxıb. Metin Oktay-6 (11,33,36,38,17,17), Tarık Nosic(16) ,Tanju Çolak-3 (25,39,31), Hakan Şükür -3 (38,33,19) , Arif Erdem (21), Milan Baros(20)

    Türkiyə Lig tarixində ən çox qol vuran futbolçu Qalatasaraylı --- Hakan Şükür (Bosforun Buğası) 249 qol !!! Ümumiyyətlə Kral CimBomda 545 oyunda 295 qol vurub...

    TARİXİNİN ƏN BÖYÜK UĞURU-UEFA !!

    GS əfsanə UEFA kuboku qazananda heyət- Taffarel,Popescu, Bülent Korkmaz,Capone, Ergün Penbe,Okan Buruk,Suat,Ümit Davala,
    Hakan Şükür, George Hagi, Arif Erdem- Hazırda əfsanə heyətdən heç kim qalmayıb.

    Qalatasarayın Stadionu - ALİ SAMİ YEN HELL!!!

    Stadion 1964-də yaranıb.ilk oyun açılış günü 20 dekabrda Türkiyə-Bolqarıstan olub. Hal-hazırda 24.000 tutumu olan arena, oturacaq quraşdırılmamışdan əvvəl 39.000 azarkeş tuturdu. meydanın uzunluğu 105 m, eni 65 metrdir. Azarkeşlərin möhtəşəm təzyiqinə görə stadion cəhənnəm adını almışdır.

    MƏŞHUR SÖZLƏR

    Maldini- kimsə mənə orada 25.000 nəfər olduğuna inandıra bilməz...
    Davids-Bizdə belə azarkeş olsa hamını udarıq (Yuventus)
    İtalyan medyası-Diqqətli ol Milan-Orası cəhənnəmdi...
    Leeds United-Hello Hell, We Are leeds !!!
    Mateja Kezman : Biz onsuz da o stadiondan qalib çıxacağımıza inanmırdıq.
    Hagi : BU azarkeş ölüyü dirildər.
    Berliner Morgenpost : Futbolun sadəcə futbol olmadığını Ali Sami Yendə anladım.
    Collina : Bu cəhənnəmi çox sevirəm !

    ASLANTEPE "TÜRK TELEKOM ARENA"

    "Ali Sami Yen" Stadionu yeni "Türk Telekom Arena" hazır olandan sonra təəəssüf ki, dağıdılaraq yaddaşlara köçəcək.Türk Telekom Arenanın təməli 2007-ci ilin 13 dekabrında qoyuldu.stadion üstü bağlanma funksiyasına görə Avropada 5-ci belə arena olacaq. Azarkeş tutumu 52.647 nəfər nəzərdə tutulub. Ümumu 130 milyon avroya başa gələcək və GS bir avro da verməyəcək- hökumətlə Gs arasında olan razılaşmaya görə Gs bunun qarşılığında Ali Sami Yen satdını ərazisiylə birlikdə dövlətə verəcək. Arena 49 il Gs-ya məsus olacaq, sonra müəyyən icarə haqqı ödənəcək.Tam sahə 10000 kv. m-dir.Tribuna 2 mərtəbəlidir.Tribunalar meydançadan 6 metr aralı olacaq.Stadionda 1500 nəfərlik restoran var...Giriş-çıxış sistemi o qədər genişdi ki, bədbəxt hadisə zamanı əhali 8-10 dəqiqəyə xaric oluna bilər. Burada həmçinin NBA standardlarına cavab verən 15500 nəfərlik örtülü zal da var.


    MƏŞQÇİ - FRANK RAYKAARD

    Ötənlərin məşhur futbolçusu. Barselonada qazandığı titullarla özünü bütün dünyaya sübut elədi. Qalatasarayla bu yay 2 illik müqavilə imzaladı. İllik maaşı 3.5 milyon avro təşkil edir.


    KAPİTAN - ARDA TURAN

    22 yaşlı ulduz 5 ildir forma geyindiyi Qalatasarayda Kapitanlığa yüksəlmiş komandanın lideri olmağı bacarmışdır. Türkiyənin son illərdə yetişdirdiyi ən güclü futbolçu olan Arda Qalatasarayda 157 oyuna 35 qol vurub. Yaxın illərdə Avropaya gedəcəyi təxmin edilir. UltrAslanın sevimlisi olan Arda 2 mln. avro maaş alır. Transfer qiyməti isə "hələlik" 20 mln. avro dəyərləndirilir.


    PREZİDENT - ADNAN POLAT

    1953- də Erzurumda anadan olmuşdur. Ali Təhsilini Amerikada almışdır. Müxtəlif biznes işlərində çalışmışdır.1992-1996 və 2006-2008 ərzində isə Qalatasarayda vitse prezident vəzifəsində çalışmışdır. 2008-ci ildən isə Qalatasaray Preidentidir.


    QALATASARAY BU SEZON

    Qalatasaray bu sezon Super Liqanın ilk yarısında oynadığı 17 oyunda 11 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət əldə etmişdir. Qalatasaray turnir cədvəlində Fenerbahçenin ardından 2-ci yerdədir və 36 xalı var. Liderdən 1 xal geri qalır. 36 qol vurmaqla bu ilin ilk kmandasıdır və qapısında 21 qol görüb.

    Qalatasaray Avropa Liqasında isə qrup mərhələsini lider başa vurdu, Panathinakos, Dinamo Buxarest və Şturm Qraz olan qrupda Aslan 4 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə 13 xalla çıxdı. 12 qol vurdu, 4 qol buraxdı. Qalatasarayın indiki rəqibi isə güclü ispan klubu Atletiko Madriddir. Bundan sonra isə Qalatasaray Sportinq Lizbon-Everton qarşılaşmasının qalibiylə oynayacaq. Final isə Hamburq Arenada olacaq.

    Qalatasaray Türkiyə Kubokunda Bucaspor və Trabzonsporu 2-1, Denizli Belediyesporu 5-1 udaraq 9 xalla liderdir .


    ASLANA UĞURLAR !!!!

    BU DA GALATASARAYIN ŞANLI TARİXİ VƏ BU GÜNÜ ! ! !
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: GS Tarixi ve Bu Günü

    alergiyam tutdu ee yene emin qadasi bele movzu acmada
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.