Rekord Səudiyyə Ərəbistanında keçirilən oyunda qeydə alınıb.Səudiyyə Ərəbistanında keçirilən futbol qarşılaşmasında vurulan qol tarixə düşüb. Belə ki, Şahzadə Feysəl ibn Fahad Kuboku uğrunda “Şhoalah” - “Əl Hilal” oyununda qonaq komandanın futbolçusu Nəcəf Əl Əbəd hakimin işarəsindən dərhal sonra rəqib qapıçının irəli çıxdığını görərək birbaşa zərbə vurub. Futbolçunun "aşırma zərbə"sindən sonra hesab açılıb.

Qarşılaşmanın startından 2 saniyə sonra fərqlənən Nəcəf Əl Əbəd Dünya futbolu tarixinə ən tez qol vurmuş futbolçu kimi düşüb.