Futbol üzrə son ölkə çempionu "Bakı" daha bir oyunçunu heyətinə qatıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, Adriano Padilyo Nasimento 2010-cu ildən etibarən paytaxt klubunun şərəfini qoruyacaq.Son mövsümü Braziliyanın B liqasında çıxış edən "Parana" klubunda keçirən 29 yaşlı hücumçu, buna qədər Türkiyənin "Büyükşehir Belediyye Spor" və "Denizlispor" klublarının şərəfini qoruyub.Futbolçunun yanvarın 3-də tibbi müayinədən keçərək klubla 2 illik müqavilə imzalayacağı bildirilir.