82 kiloqram çəki dərəcəsində olimpiya, dünya və Avropa çempionu, yunan-Roma güləşçisi, macarıstanlı Peter Farkaş 8 il həbs cəzasına məhkum edilib.
məşhur idmançı narkotik xasəlli bitkilərin əkilib-becərilməsində təqsirləndirilir. Amma Peterin cəza müddəti xeyli çoxaldıla bilər. Çünki dünya çempionu hüqüq mühafizə orqanlarına müqavimət göstərib. Belə ki, o, istintaq təcridxanasından qaçıb. Araşdırmalar nəticəsində idmançı Andorrada ikinci dəfə tutulub. İkinci cəhddə idmançının təqsiri və ölkənin qanununa zidd hərəkətlər etməsi sübuta yetirilib. Artıq Macarıstan tərəfi güləşçisinin məsələsi ilə bağlı Andorra hökumətinə müraciət edib. Onlar Farkaşın Macarıstan həbsxanalarının birinə yerləşdirilməsini xahiş ediblər.
Qeyd edək ki, Farkaş öz ölkəsində, eləcə də bütün Avropa sayılıb-seçilən güləşçilərdən biri hesab olunur. O, 4 il öncə karyerasını bitirib. 2005-ci ildən bəri güləş sahəsində fəaliyyət göstərmir.
Hazırda tutulan idmançının başqa cinayətlərdə əlinin olub-olmaması araşdırılır.