2 sonuçtan 1 ile 2 arası

Baş məşqçilərin əmək haqqları

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Baş məşqçilərin əmək haqqları

    Futbol klublarımızın baş məşqçilərinin əmək haqqı – TAM SİYAHI

    Ən çox əmək haqqı Bülənt Korkmaza, ən azı isə Nizami Sadıqova məxsusdur

    Dünyanın aparıcı futbol ölkələrində komandaların oyunçuları və baş məşqçiləri ilə bağlanan müqavilənin maliyyə tərəfləri ictimaiyyətdən gizli saxlanılmır. Hətta Türkiyədə hər hansı klub anlaşma əldə etdiyi şəxslə sövdələşmənin maliyyə dəyəri haqda qiymətli kağızlar birjasını da məlumatlandırırlar.

    Amma Azərbaycan futbolunda belə hal nəinki yoxdur, hətta futbolçu və ya baş məşqçi ilə müqaviləyə “Anlaşmanın maliyyə tərəfləri gizli saxlanılmalıdır” kimi bənd də daxil edilir. Bu addımın kökündə hansı məqsədin durduğu başqa mövzudur.

    Araşdırma nəticəsində 12 komandamızın hər birinin sükanı arxasında duran mütəxəssislərin bir mövsüm ərzində qazancını təqribi müəyyənləşdirmək mümkün olub. Ona görə təqribi ki, məşqçilərin qazancı təkcə aybaay toplanan əmək haqqı ilə ölçülmür. Bura əlavə mükafatlar da daxildir.

    Ola bilsin, baş məşqçilərin illik əmək haqqı məbləği göstərdiyimizdən bir qədər az və ya çox olsun. Amma o dəqiqdir ki, ən çox qazanan baş məşqçi Bülənt Korkmaz, ən az qazananı isə Nizami Sadıqovdur.

    1. Kaxaber Tsxadadze (“İnter”) – 200 min dollar

    2. Roman Pokora (“Simurq”) – 150 min dollar

    3. Qurban Qurbanov (“Qarabağ”) – 150 min manat

    4. Ramiz Məmmədov (“Qəbələ”) – 100 min manat

    5. Vaqif Sadıqov (“Neftçi”) - 150 min manat

    6. Ağasəlim Mircavadov (“Xəzər-Lənkəran”) – 250 min manat

    7. Bülənt Korkmaz (“Bakı”) – 450 min dollar

    8. Əsgər Abdullayev (“Olimpik-Şüvəlan”) – 90 min manat

    9. Nizami Sadıqov (“Turan”) – 50 min manat

    10. Kemal Alispahiç (“Muğan”) – 100 min dollar

    11. Yunis Hüseynov (“Karvan”) – 100 min manat

    12. Böyükağa Hacıyev (“Standard”) – 80 min manat.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Baş məşqçilərin əmək haqqları

    dolanmaq olar mence superdir , birdene qalir oynuyub qalib olmaq

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.