3 sonuçtan 1 ile 3 arası

Məhəllə Futbolu

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Məhəllə Futbolu


    1. Topun sahibi kimdirsə oyunun şərtləri də onun tərəfindən qoyulur.

    2. Oyunda əvəzetmələri adətən yaşca ən böyük uşaq eliyir.

    3. Oyundan qabaq rəqib kapitan sənə " top - qapı" sualı verir.

    4. Oyun əksərən 2 litrlik Koladan oynanılır.

    5. Ofsayt , aut , kart sistemi qüvvədən düşür.

    6. Penalti olanda qapıçı dəyişirsə o zaman penal sayı 2-yə qalxır.

    7. Canlı Sədd tullanış + 3 addım üsuluyla təyin olunur.

    8. "Vorotor İqrok" anlayşı yaranır. Uşaq həm qapıçı , həm oyunçu kimi oynaya bilər

    9. Top əgər qapıdan yan keçərsə topu gətirmək üçün yüngülvari dava düşür.

    10. Cərimə olarsa əgər öz yoldaşın oyuna davam edərsə rəqibin " Oyunçun oynuyub !" deməsi normaldı.

    11. Əgər oyunçu bütün heyəti və qapçını da keçib boş qapı önündə dayanarsa top qapıya başla girməlidi, başqa varint yoxdu.

    12. Cərimələrin təyin olunmasında artıq "söyüş" sistemi ortaya çıxır.

    13. Oyun axşama qalırsa hesab azalır və " son qol " oynanılır.

    14. Cərimələr, künc zərbələri , penallar oyundan qabaq bölüşdürülür.

    15. Oyun vaxtı uşaqların qıraqdan görünüşü +16 vəziyyətə düşür.

    16. Qapıçı qol vura bilməz , "vorotor iqrok" isə maksimum mərkəzdən.

    17. Oyna məhəllənin böyükləri qarışır - "ya oynayırıq, ya da basın bayıra ! " formasında seçim qoyulur.

    18. Bütün korpus vermə hərəkətlərindən sonra dava düşür.

    19. Oyundan sonra məhlənin bulağı ətrafında bir balaca səs-küy qalxır.

    20. Udan komanda "gedin məşq eliyin" ifadəsini mütləq işlədir.

    21. Adətən qapıçı "bir qoldan bir" prinsipiylə qoyulur. Amma hər hansı bir qolda qapıçının kobud səhvi varsa bir qol da artırılır.

    22. Aut atışını tək başlamaq olar. Aut isə yalnız top hasardan o tərəfə getdikə olur.

    23. Oyunlara baxan böyüklər yaxşı oynayanları seçib öz komandaların-da müdafiəçi oynadırlar. : )))

    24. Seçim zamanı bir komandaya 2 güclü düşdükdə seçim bir də olur.

    25. Oyundan sonra məhəllə Qalatasarayın zəfər marşlarıyla inləyir.

    26. Oyundan sonra hamı vurduğu "möhtəşəm" qolları analiz edir.

    27. Zərbə yuxarı gedrəsə " quşlar , quşlar ... " musiqisi səsləni : )))

    28. Oyun bitən kimi uduzan komanda "sabah sərinlik düşəndə bir də oynayaq ? " deyir.

    29. Yüz faizlik qolu itirən hücumçu bir neçə saniyəyə sözsüz-söhbətsiz müdafiəyə çəkilir.

    30. Oyunda ən çox qaçan , qol vuran daha çox Kola içir.

    P.S. Məhəllə Futboluyla Bağlı Xatirələriniz ???
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Məhəllə Futbolu

    çox sağ ol. uşaqlığım yadıma düşdü. bu saydıqların hamısı düzdür nöqtəsinə kimi.

    30. Oyunda ən çox qaçan , qol vuran daha çox Kola içir ) bu lap düzdür.

    forumda futbol oynaya bilənlər olsaydı birgə oynayardıq bu dəfə TƏBİİ MEYVƏ SİRƏSİNDƏN
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Məhəllə Futbolu

    danışımda balaca vaxtı kök uşaq idim balaca boy mehlede uşaqlar futbol oynuyanda meni almırdılarki men qaça bilmirem deye ama veçni varatar qoyurdular oda deqiqe başı topu ele zırrıyırdılarki bedenim qıp qırmızı qızarırdı eve gelendede mama aleme car çekirdiki oğlumu kim döyüb diye soradan qerara geldimki men futbola nifret edim o gün bu gün futbola nifret etdim helede sevmirem o oyunu

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.