4 sonuçtan 1 ile 4 arası

İmperatorun taxtdan salındığı gün!!!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    İmperatorun taxtdan salındığı gün!!!

    Azərbaycanlı futbolçu ermənilərə qol vurdu!

    Fanat: Bu gün Türkiyə milli komandası tarixi bir oyuna çıxacaq. "Ay-ulduzlu" yığma tarixi düşmən Ermənistanı qəbul edəcək.
    Prinsipcə bu oyunun heç bir xüsusi əhəmiyyəti yoxdu. Çünki həm Türkiyə, həm də Ermənistan yığması DÇ-2010-un final mərhələsinə yollanmaq şanslarını itirib. Amma bu gecə baş tutacaq oyun prinsipial əhəmiyyət daşıyacaq. Ermənilərin əsrlər boyu türklərlə düşmənçilik aparması, qondarma "erməni soyqırımı" iddiaları, Türkiyə - Ermənistan sərhədlərinin illərlə bağlı qalması və Azərbaycan torpaqlarının erməni separatçıları tərəfindən işğal altında saxlanılması faktı oyunun prinsipiallığını və əhəmiyyəti artırır. Ona görə də bu gün Bursa da finala layiq bir qarşılaşma baş tutacaq.
    Bursa Atatürk stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da start götürəcək. Fanat.az oyuna Azərbaycandakı marağı nəzərə alaraq qarşılaşmanı saat 23.00-dan etibarən canlı yayımlayacaq. Türkiyə - Ermənistan matçını Fanat.az-dan izləyin.

    DÇ-2010 (seçmə mərhələ)
    Türkiyə - Ermənistan 2:0
    Qollar: Xəlil Altıntop, 16. Sərvət Çətin, 28.

    Türkiyə: Volkan Demirel, Servet Çetin, Ceyhun Gülselam, Emre Belözoğlu, Hamit Altıntop, Gökhan Ünal, Halil Altıntop, Tuncay Şanlı (İbrahim Kaş, 46), İsmail Köybaşı, Ayhan Akman, Arda Turan.
    Ermənistan: Roman Berezovski, Karlen Mkrtchyan, Sargis Hovsepyan, Robert Arzumanyan, Ararat Arakelyan, Henrikh Mkhitaryan, Hovhannes Goharyan.
    Hakimlər: Martin Hansson, Henrik Andren, Stefan Vittberg, Martin Ingvarsson (İsveç).
    Yayım: Fanat.az. ATV (Türkiyə).
    14 oktyabr. Bursa. Atatürk stadionu. Saat 23.00.

    F.T: "İmperator" "ay-ulduzlu"lar ermənilər ühzərində qələbə qazanaraq vidalaşdı

    F.T: Bununla da Fatih Terimin milli karyerası bitdi

    F.T: Və matç bitdi


    90+1 - Bu gün mətbuat konfransında milli karyerasını bitirəcəyini deyən Rüştü Rəcberə Ftih Terimdən jest. Qolkiper Volkan Dəmirəli əvəzlədi

    90 - Əmrə Bələzoğlu sarı vərəqə aldı

    88 - Kazımın zərbəsinə heç tik toxuna bilmədi və top auta getdi

    85 - İsmailin qapıya zərbəsini müdafiəçilər uzaqlaşdırdı

    83 - Kazım meydana daxil oldu. O, Həmid Altıntopu əvəzlədi

    79 - Gökhan yaxşı imkan qazandı, amma topu saxlaya bilmədi

    72 - Əmrənin sağ cinahdan vurduğu cərimə zərbəsinə Sərvətin başla zərbəsi rəqib qapıçıda qaldı

    69 - Karlen Mkrtchyanın uzaqdan zərbəsi dirəyin üstündən keçdi

    67 - Goharyan Həmidə qarşı sərt oynadı və sarı vərəqə aldı

    60 - Ardanın dirəkdən döndü

    59 - İbrahim Kaşın uzun pasını müdafiəçilər qaytardı

    58 - Mkhitaryan meydana daxil oldu, Arakelyan çıxdı

    55 - Goharyan sol cinahdan cərimə meydançasına daxil olmaq istədi, amma türklər yaxşı oynadı

    54 - Goharyanın qapıya zərbəsi təhlükəli oldu. Top meydanı tərk etdi

    52 - Arda cərimə meydançasına ötürmə etdi, amma topa çatan olmadı

    49 - Xəlilin ötürməsindən sonra Ardanın zərbəsini erməni qapıçı dəf etdi

    46 - Tuncay Şanlını İbrahim Kaş əvəzlədi

    46 - İkinci yarı başladı

    H.T - İlk yarı bitdi

    32 - Ceyhun Gülselam 2-ci sarı kartı alaraq, ardından qırmızı vərəqə alır. Türklər 1 nəfər azlıqda qalır

    27 - Bu dəfə əslən azərbaycanlı Sərvət fərqləndi!

    27 - VƏ YENƏ QOOOOOL

    17 - Ardanın məhsuldar ötürməsi və Xəlil Altıntopdan başla dəqiq zərbə!

    17 - VƏ QOOOOLLLL

    12 - Ermənistan yığması yalnız müdafiə ilə məşğuldur

    10 - Əmərənin uzun məsafəli pasında Tuncay gözlətmədən Xəlili gördü yenə, bu dəfə ofsayd da yox idi amma qapıçı sürətli davranıb topa hakim oldu

    8 - Türkiyə erməniıləri meydanın onlara aid hissəsinə sıxışdırıb

    5 - Ermənistanın cərimə zərbəsini Volkan qaytarır. Ayrıca yan hakim də ofsayd üçün bayrağını qaldırmışdı

    4 - Ermənistan sürətli hücumu. Ceyhun rəqibini yerə yıxınca, sarı kart ald

    2 - Türkiyənin ilk küncdən zərbəsi. Erməni müdafiəçilər dədiq oynayır

    1 - Qarşılaşmanın başlamasıyla birlikdə Ermənistan bayrağı açıldı

    1 - Matç başladı
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: İmperatorun taxtdan salındığı gün!!!

    o oyundan hec danişma esebleşirem.Valla ermeniler udsaydi sevinerdim Bizim bayraqlarimiz ayaq altda ayib olsun olari yere atan türklere Bizse ruslarla oyunda olarin bayraqlarini asmişdiq her yerde.Niye ?? neye göre?? Bizimkiler tapdansin deyemi??? türkün türkden başqa dostu yox deyimini bele deyek en yaxşısı----Azerinin özünden başqa dostu yoxx... Yerde qalanlar düşmendi. bax bele..Her kec öz cixarlarini güdür...
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: İmperatorun taxtdan salındığı gün!!!

    "İmperatorun taxtdan salındığı gün!!!"bashim cixmadi kimdi ki.imperator?o raxit usaga oxshuyan Serkisyan?
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: İmperatorun taxtdan salındığı gün!!!

    Alıntı GLAMOURKA Nickli Üyeden Alıntı
    "İmperatorun taxtdan salındığı gün!!!"bashim cixmadi kimdi ki.imperator?o raxit usaga oxshuyan Serkisyan?
    Imperator Serkisyan deyilee Fatih Terimi deyiller
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.