Polşanın paytaxtı Varşavada Qran-pri seriyasından olan "Poland Open” turniri start götürüb.



Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, yarışda ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik çətinlik çəkmədən finala yüksəlib.


Turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat Olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionu kolumbiyalı Karolina Kastilyo Hidalqo, amerikalı Uitni Konder və ukraynalı Oksana Livaça 10:0 hesabı ilə qalib gəlib. Stadnik yarımfinalda rusiyalı Nadejda Sokolovanı 11:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb.


Güləşçimiz bu gün qızıl medal uğrunda görüşdə Ukraynanın digər təmsilçisi İlyona Semkivlə qarşılaşacaq.