Tunis millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.


Bakı mundialında 5 tunisli cüdoçu tatami üzərinə çıxacaq.


Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Fraj Dhouibi (60 kq), Abdelaziz Ben Ammar (81 kq) və Faisal Caballaha (100 kq-dan yuxarı) şans verəcək.


Qadınların mübarizəsində isə Meriem Bjaoui (63 kq) və Nihel Çeix Rouhou (78 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.


Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.