Rumıniyalı futbolçu ürəktutmasından keçinib. İki il öncə peşəkar karyerasını başa vuran rumıniyalı futbolçu Mihay Bayku həvəskarlar arasında keçirilən oyun zamanı keçinib. “France Presse” agentliyinin verdiyi məlumata görə, öz dostları ilə birgə futbol oynadığı vaxt Baykunun ürəyi tutub. 33 yaşlı idmançının həyatını xilas etmək mümkün olmayıb.

Karyerası ərzində Rumıniyanın “Farul” və “Çehlaul” klublarında çıxış etmiş Bayku 112 matçda 31 qol vurub. “Farul”un heyətində ikən onun adı iki həmklubu ilə birgə dopinq qalmaqalında hallanıb