8 sonuçtan 1 ile 8 arası

KARVAN idman kulubu

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    KARVAN idman kulubu

    Yevlaxın “Karvan” klubunun türkmənistanlı legioneri Məmmədəli Karadanov Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) bu ilin ən sərrast futbolçuları üçün açıqladığı növbəti siyahıda mövqeyini əldən verib.
    Türkmənistan millisinin üzvü olan M. Karadanov 5 pillə geriləyərək, 71-ci yerdə qərarlaşıb. Hesabında 7 qol olan 25 yaşlı hücumçunun qabaqladığı futbolçular arasında Ronaldinyo (“Barselona”, İspaniya), Andrey Şevçenko (“Çelsi”, İngiltərə), Vaqner Lav (MOİK, Rusiya), Kristian Lukarelli (“Şaxtyor”, Ukrayna), Dirk Kuyt (“Liverpul”, İngiltərə), Obafemi Martins (“Nyukasl”, İngiltərə), Martin Palermo (“Boka Xuniors”, Argentina) kimi ulduzlar var. M.Karadanovun son üç həftədə siyahıda geriləməsinə səbəb rəqiblərindən fərqli olaraq, avrokuboklarda iştirak etməməsidir. İFFHS siyahını tərtib edərkən futbolçuların beynəlxalq miqyaslı (həm yığma, həm də klub) yarışlarda vurduğu qolları nəzərə alır. M.Karadanov bu il qollardan beşini “Karvan”a keçənədək çıxış etdiyi Türkmənistanın XTTU klubunun heyətində qitə miqyaslı yarışda, ikisini isə milli komandada vurub. Xeyli vaxt siyahıda yer alan “Neftçi” klubunun və Azərbaycan milli komandasının serbiyalı hücumçusu Branimir Subaşiç isə bu dəfə də kənarda qalıb.
    Qeyd edək ki, 128 nəfərlik siyahısında hesabında ən azı 6 qol olan futbolçuların adlarını daxil edən İFFHS bu qədər fərqlənən B. Subaşiçə yer verməyib.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Təbriz Həsənovun istefaya göndərilməsindən sonra Yevlaxın “Karvan” klubunu çalışdıracaq baş məşqçinin adı bəlli olub.Mende olan görə, Yunis Hüseynov yenidən “Karvan”ın sükanı arxasına qayıdıb. 42 yaşlı mütəxəssis XVI Azərbaycan çempionatının ilk dövrəsində çalışdırdığı Bakının
    “Standard” klubu ilə yollarını ayırıb. “Karvan”ın ilk baş məşqçisi kimi tarixə düşən Y.Hüsenov üç il (2004-2007-ci illərdə) komandanın sükanı arxasında olub. Bu, ötən mövsüm bitəndən sonra “Karvan”la yollarını ayıran mütəxəssisin Yevlaxa ikinci qayıdışıdır.
    Qeyd edək ki, Y.Hüseynov 2005/06 mövsümündə ilk turda “Bakı”ya məğlubiyyətdən sonra istefaya göndərilən türkiyəli mütəxəssis Fuad Yamanı əvəzləyib.

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    “Mənə “Karvan”ın baş məşqçisi postu təklif olunub”. Bu sözləri Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy deyib. Türkiyəli mütəxəssis bildirib ki, iki il əvvəl Yevlax təmsilçisindən aldığı təklifdən imtina edib: “Həmin vaxtlar “Karvan”ın prezidenti Cavanşir Şirəliyev mənim məşqçilik fəaliyyətimi bəyənmişdi. Bu səbəbdən məni “Karvan”da görmək istəyirdi. Lakin “Turan”la müqaviləm var idi. Belə olan halda, Cavanşir bəyin təklifini qəbul etməyim təbii ki, mümkün deyildi”. N,Şensoy “Karvan”ın çalışdırıcısı Təbriz Həsənovun vəzifəsindən azad olunmasından və klubun prezidenti Cavanşir Şirəliyevin Türkiyədə məşqçi axtardığından xəbərsiz olduğunu bildirib: “Həsənovun istefaya göndərildiyini ilk dəfə sizdən eşidirəm. Bundan başqa, Cavanşir bəyin Türkiyədə olmasından da xəbərsizəm. Bu günlərdə “Karvan” rəhbərliyindən mənimlə heç kim əlaqə saxlamayıb”.

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    KARVANIN

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318
    arkadaslar ben bu sitede kimseyi bulamiyorum azerbaycanlı kardeslerim nerdesinizzzzzzzzzzz
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


  8. #8
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    KARVANIN yeri var

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.