"Slay" qocalığa təslim olub.
Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, dünyanın ən məşhur aktyorlarından biri, Rembo və Rokki rollarının ifaçısı Silvestr Stallone əməllicə arıqlayıb. Dünən o, "Başdakı güllə" ("Bullet İn The Head") filminin çəkiliş meydançasında peyda olarkən əvvəlki halından əsər-əlamət qalmamış adam kimi görünüb.

65 yaşlı Stallone daha sonra çimərliyə yollanıb və məlum olub ki, Hollivud ulduzunun kürəyi ilə qolalrında rəngli döymələr var.
Onun sağ çiynində üçüncü arvadı Cennifer Flaminin portreti var. Üç qızılgül isə Stallonenin qızları Sofiya, Sistin və Skarletə işarədir.

Lakin döymənin əlvan rəngləri qırışmış və sallaq dəriyə yaraşmırdı.
Üstəlik, Stallonenin bədənində damarlar dərini sanki yırtıb çölə çıxacaq təki görünürdü.