Türkiyə futbolundakı araşdırmalar zarafat və lağlağılara səbəb olub.
Türkiyə futbolunda danışılmış oyunlar, rüşvət korrupsiya halları ilə bağlı aparılan genişmiqyaslı istintaq əməliyyatı nəticəsində "Fənərbaxça" prezidenti Əziz Yıldırımla klubun iki futbolçusunun saxlanması ölkədə geniş əks-səda doğurub. Eyni zamanda, türk internet istifadəçiləri də hadisəyə münsibətlərini bildiriblər.
Amma yumor və satira ilə.
Hadisə ilə bağlı İnternetdə dolaşan zarafatlardan bəzilərini təqdim edirik:


"Şok! Əziz Yıldırımın evində Türkiyə Kuboku tapılıb"

"Türkiyədə çempion olacaq klub tapılmaya bilər. Günahsız olan ilk daşı atsın!"

"Beşiktaş məhkəməsinin işə qarışması bizə niyə təəccüblü gəlmir?!"

"Oynadığınız ən yaxşı oyunlar "Masa başı" idi, onu da biabır etdiniz"

"Belədirsə, "Fənərbaxça"nın I Liqada qalmasını istəyə bilərikmi?"

"Rekord! "Fənərbaxça"nın builki çempionluq bayramı 2 dəqiqə yox, 2 ay davam edəcək"

"Biz "Qalatasaray" fanatları rahatıq. Çünki "Fənərbaxça"nın fırıldaq etmədiyi yeganə matçlar bizimlə oynanan 2 qarşılaşma idi"

"Olmaya, bu mövsümdə "Fənərbaxça"nın oyunlarına TRT-dən baxacağıq? Axı bu kanal I Liqanın matçlarını göstərir".