İsrailin Holon şəhərində bədii gimnastika üzrə Qran-pri turniri başlanıb. Azərbaycanı turnirdə Aliyə Qarayeva, Anna Qurbanova, Samirə Mustafayeva, Zeynəb Cavadlı, gənc gimnastlar Gülsüm Şəfizadə və Ləman Dadaşlı, habelə gənclərdən ibarət qrup komanda təmsil edir.

Azərbaycan yığması artıq ilk medalı əldə edib. Dörd hərəkətə görə hakimlərdən 111,075 bal alan Aliyə Qarayeva çoxnövçülük üzrə bürünc mükafata layiq görülüb. ANSPRESS