2 sonuçtan 1 ile 2 arası

Azərbaycan-Ermənistan oyunu başa çatdı: 4-0

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Azərbaycan-Ermənistan oyunu başa çatdı: 4-0


    Rusiyanın Sank-Peterburq şəhərində keçirilən “Birlik Kuboku” turnirinin ¼ final mərhələsinə start verilib. İlk olaraq Azərbaycan çempionu “İnter” və Ermənistan təmsilçisi “Mika” yarımfinala vəsiqə uğrunda mübarizəya başlayıblar.

    ***
    Oyunun 30-cu dəqiqəsində Azərbaycan çempionu "İnter"in künc zərbəsindən sonra hesab açılıb. Peta Zlatinovun yerinə yetirdiyi künc zərbəsindən sonra Volodomir Levin baş zərbəsi ilə hesab komandamızın xeyrinə dəyişilib.

    Oyunda artıq ikinci qol vurulub. Təmsilçimiz "İnter"in üzvü Git Karlsons oyunun 35-ci dəqiqəsində hesabı komandamınızın xeyrinə dəyişib: 2-0

    ***

    Oyunun 51-ci dəqiqəsində "İnter"in üzvü Dmitri Kruqlov qol vuraraq, hesabı komandımızın xeyrinə dəyişib: 3-0.

    ***

    Oyunun 60-cı dəqiqəsində Git Karlsons özünün ikinci, komandasının isə dördüncü qoluna imza atıb.

    Matç 4-0 hesabı ilə Azərbaycan çempionunun qələbəsi ilə yekunlaşıb. "İnter" bu qələbə sayəsində "Birlik Kuboku"nda yarımfinala vəsiqə qazanıb. Ynavarın 21-dı baş tutacaq yarımfinal görüşündə "İnter"in rəqibi "Zenit" - HİK oyununun qalibi ilə görüşəcək.

    Sankt-Peterburq şəhərində ”İnter” – “Mika” oyunun keçirildiyi İdman Kompleksinə “İnter”lə yanaşı “Xəzər Lənkəran” və ”Neftçi” kimi Azərbaycan klublarının azarkeşləri də təşrif buyurub. Stadionda ümumilikdə 1000-ə yaxın həmyerlimiz “İnter”ə dəstək olub.

    Xatırladaq ki,”İnter” qrup mərhələsində keçirdiyi 3 qarşılaşmada 3 qələbə qazanıb. Çempionumuz bu oyunlarda rəqib qapılarına 7 qol vurub, öz qapısında isə qol görməyib.ANSPRESS
    [

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Jan 2011
    Mesajlar
    4

    Re: Azərbaycan-Ermənistan oyunu başa çatdı: 4-0

    Bu qələbəni Cidirdüzündə qazanmaq lazimdi..

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.