İtaliyanın “Milan” klubu 37 yaşlı futbolçusu Filippo İnzagiyə yeni müqavilə təklif edib. Klubun vitse-prezidenti Adriano Qalliani futbolçu ilə danışıqlar apararaq onu müqaviləsinin müddətini daha 1 il artırmağa razı sala bilib. Qalliani İnzaginin karyerasını başqa klubda başa vurmağına razı olmayacağını bildirib.

Xatırladaq ki, İnzagi karyerası ərzində “Yuventus”, “Atalanta” və “Parma” klublarının formasını geyinib. Futbolçu ikiqat İtaliya çempionu, iki dəfə Çempionlar Liqasının qalibi və İtaliya yığmasının heyətində Dünya Çempionatı-2006-nın qalibidir. ANSPRESS