2016-cı ildə futbol üzrə Avropa Çempionatının (Euro-2016) keçiriləcəyi ölkənin adı açıqlanıb.
Avropa Çempionatı UEFA prezidenti Mişel Platinin vətəni Fransada keçiriləcək.
Çempionatın keçiriləcəyi ölkənin adını elə Platini özü açıqlayıb. Məlum olub ki, UEFA İdarə Heyətinin Cenevrədə keçirilən toplantısında Fransa, Türkiyə və İtaliya arasından bəxtəvər birincilər olub.
Fransada sonuncu böyük futbol bayramı 1998-ci ildə keçirilib. Həmin il “xoruzlar ölkəsi”ndə futbol üzrə Dünya Çempionatı keçirilib və qalib adını fransızlar qazanıb.
Yer imleri