Azərbaycan milli komandası bu gün 2010-cu ildə ikinci yoxlama oyununu keçirəcək. Fevralın 25-də Əmman şəhərində İordaniya ilə qarşılaşan və 2:0 hesablı qələbə qazanan yığmamızın bu dəfəki rəqibi Lüksemburq olacaq.
"Cırtdan ölkə" yığması ilə qarşılaşma "Cozi Bartel" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Yoldaşlıq oyunu
3 mart

Lüksemburq - Azərbaycan
Hakimlər: Kari Petteri, Mikko Alakare, Conas Turunen (Finlandiya), Bruno Qomes (Lüksemburq).
"Cozi Bartel" stadionu. Saat 23.00.