Erməni ölüb, azərbaycanlı isə hadisə yerindən qaça bilib
Rusiyanın Nijnı Taqil şəhərində azərbaycanlı ermənini güllələyib. erməni aldığı yaradan ölüb.
Hadisə fevralın 14-də səhər saatlarında baş verib. İnternet-kafeyə girən naməlum şəxs Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Vadim Xanvaldyanı güllələyib. O, Xanvaldyanın sinəsinə ov tüfəngindən atəş açıb.
Yerli “Korall” kafesində müğənni kimi çalışan erməni dərhal xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas etməyə cəhd göstərsələr də, Ermənistan vətəndaşı yerli vaxtla saat 13:40-da əməliyyat masasında keçinib.
Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. “Justmedia” portalının məlumatına görə, onun Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Olay yerinin yaxınlığında 1967-ci il təvəllüdlü azərbaycanlının “Jiquli” markalı avtomobili tapılıb. Lakin onun özünü tutmaq mümkün olmayıb.
İlkin məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib.