3 sonuçtan 1 ile 3 arası

Əsgərlərin belində gəzən gizirə 9 illik həbs cəzası

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Əsgərlərin belində gəzən gizirə 9 illik həbs cəzası

    Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə tabeliyində olan əsgərləri incitdiyinə görə daha bir zabiti uzun müddətli həbsə məhkum edib. Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin zabiti Sahil Atayevin mühakiməsi zamanı onun əsgərləri döydüyü, təhqir etdiyi təsdiqlənib. Sahil Atayevin tabeliyində olmuş və məhkəmədə zərərçəkmiş kimi dindirilmiş əsgərlər Seymur Bağırov, Nəvai Həsənov, Rəşad Xəlilov, Ricay Ağayev, Xəyyam Kərimov, Nicat Aslanov, Həsən Allahverdiyev gizirin onlara verdiyi işgəncələrdən danışıblar.
    Məsələn, əsgər Seymur Bağırov bildirib ki, «qalx» komandasında yuxudan vaxtında ayılmadığına görə, gizir onu təpiyinin altına salıb. Əsgər Nəvai Həsənovsa odun gətirməyə getmək istəmədiyinə görə döyülüb. Zərərçəkmiş kimi tanınan digər əsgərlər ifadələrində göstəriblər ki, gizirin kefi kök olanda onları yerə yıxaraq bellərində gəzirmiş. Əsəbləri gəriləndə isə səngər təmizləyən əsgərləri qırmancla döyürmüş.
    Ötən ilin oktyabr ayında gizirin əsgərlərə qarşı aqressivliyi son həddə çatıb. Səbr kasası daşan əsgərlərdən biri Həsən Allahverdiyev gizirin söyüşlərinə söyüşlə cavab verib. Əsgərin üzə qayıtması giziri əsəbiləşdirib və o, atəş açaraq əsgəri qarnından yaralayıb.
    Gizir Atayev tabeliyində olan əsgərlərə bu münasibətinə görə 9 il həbsdə qalacaq.
    [

  2. #2
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Əsgərlərin belində gəzən gizirə 9 illik həbs cəzası

    Azərbaycandaki nə qədərki zabit gizir var ha 99 % nin papagina tüpürüm !!! biqeyretsiz esgerlikde olandada üzüvüzə deyirdim mülküdədə deyirəm. Sizə nifret eliyirem esger menim qardasimdi ureyimdi. Hanisisa gizirin sozumden xosu gelmez belke mene ozel mesaj yaz 2024 nomremin evvelinde yazim gorusek.. Bi qeyretsuz Arvadsuzz !!!

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Əsgərlərin belində gəzən gizirə 9 illik həbs cəzası

    oxxxx ne ecceb olub ele ölün alçaqlar menim çox gpzeı zabitlerim vardı ama ezamiyyete gedende o qeder şerefsiz zabitt gizir heyyeti görürdümki Allahsızlar

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.