2 sonuçtan 1 ile 2 arası

“Azadlıq prospekti” stansiyasında çökmə təhlükəsi

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    “Azadlıq prospekti” stansiyasında çökmə təhlükəsi

    Metronun üzərindəki park çöküb, fəhlələr isə bərkitmə işlərini stansiyanın giriş hissəsində aparır
    Metronun “Azadlıq prospekti” stansiyasının üzərində salınmış istirahət parkı çöküb. Artıq parkın müxtəlif hissələrində plitə döşəmələr tamamilə dağılıb. Ötən ilin sentyabrında istifadəyə verilmiş parkda yenidən təmir işləri aparılır.
    Məlum olub ki, parkın çökməsinə səbəb tikinti zamanı torpaq örtüyündə bərkitmə işlərinin aparılmaması olub. Fəhlələrin bildirdiyinə görə, metrostansiyanın tikintisi zamanı ərazidə parkın salınması ilə “Körpübinatikinti” ASC məşğul olub. Ancaq parkdakı daş döşəmələrin altındakı torpaq boş olduğundan yağış və qar suyu döşəmənin arasından süzülərək alt hissələrə dolub. Nəticədə torpaqda boşalma getdiyindən ərazi çöküb.
    Xatırladaq ki, hazırda parkda yenidənqurma işlərini də “Körpübinatikinti” ASC aparır. Biz parkda müşahidə apararkən həmin müəssisəyə məxsus betontökən “KAMAZ”ın orada olması da diqqəti çəkirdi. Belə ki, təxminən 50 metrlik məsafədə dayanmış bu texnikanın uzun borusu “Azadlıq prospekti” stansiyasının girişinədək uzanırdı. Üstəlik stansiyaya giriş hissənin ətrafına döşənmiş daş pilətələr sökülmüşdü. Fəhlələr isə həmin sökülmüş hissədə qazıntı işləri aparırdılar. Öyrəndik ki, onlar bu hissədə olan “lük” vasitəsilə metrostansiyanın içərisinə beton tökəcəklər. Ancaq stansiyada bərkitmə işlərinin hansı səbəbdən aparıldığına dair sualımızı iş icraçıları cavablandırmaq istəmədilər.
    “Parkın tikintisi zamanı tələskənliyə yol verilib. Ərazinin çökməsi stansiyada da təhlükəli vəziyyət yaradıb. Bizə tapşırıblar ki, stansiyanın giriş hissəsində əlavə betonlaşdırma işləri aparılmalıdır” - deyə, fəhlələrdən biri bildirib.

    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: “Azadlıq prospekti” stansiyasında çökmə təhlükəsi

    aydaaa aye bes bura yenice istifadeye verilmemişdi?? hara baxıre bu mesul şexsler axı hara??? belede olmazee vallah lap temiz herşeyin ağı çıxıb bu Azerbaycanda men anlamıram niye gencleri ümumiyyetle deyirem heşeyden psixikdirirler??? BUDURMU BİZİM İNKİŞAFIMIZ?? ehh temiz zayı çıxıb her şeyin vetene veten dimeye dil gelmir artıq

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.