Bakı Beynəlxalq Avtovağzalında ölümlə nəticələnən qəza baş verib. Bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, fevralın 4-də günorta saatlarında Ələkbər Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla Cəlilabad rayon sakini Rahim Hüseynovu vurub.

R.Hüseynov aldığı xəsarətlərdən xəstəxanada keçinib.