öz aramızdı şekilin yeri var ne ise
ABŞ bundan sonra Quantanamo hərbi türməsinin məhbuslarını Yəmənə göndərilməsindən çəkinəcək.Bu barədə çərçənbə axşamı keçirilən brifinqdə Ağ Evin rəsmi nümayəndəsi Robert Gibbs xəbər verib.
“Biz əvvəlki kimi Quantanamo türməsini bağlamaq vəzifəsinin tərəfdarı olsaqda, hal hazırda qərara alınıb ki, gələcəkdə məhbusların Yəmənə göndərilməsi bir o qədər də yaxşı ideya deyil”, - deyə, Gibbs bildirib.
Son zamanlar Yəmən ABŞ administrasiyasının diqqət mərkəzindədir. Bu yaxınlarda KİV-də məlumat yayılmışdı ki, Amsterdam – Detroyt reysi ilə uçan təyyarədə terakt cəhdində günahlandırılan nigeriyali Umar Faruk Əbdülmütəlləb “Əl-Qaidə”-nin Yəməndəki düşərgəsində hazırlıq keçib.
ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, Yəməndə bir neçə yüz “Əl-Qaidə”-nin üzvü var. Bu səbəbdən ABŞ bu ölkədəki səfirliyinin işini bir neçə günlük dayandırmışdı, lakin çərçənbə axşamı diplomatik nümayəndəliyin fəaliyyətinin bərpa olunması haqqında məlumat verildi.
ABŞ hakimiyyətinin 2010-cu ilin əvvəlində bağlamağa söz verdiyi Kubanın Quantanamo körfəzindəki hərbi bazanın həbsxanasından məhbuslar sonuncu dəfə Yəmənə ötən ilin dekabrında göndərilib. Hazırda ABŞ KİV-də ən çox müzakirə olunan mövzulardan biri azad olunan Quantanamo məhbuslarının yenidən terrorçulara qoşulması məsələsidir.