Müharibə, terror, aclıq-səfalət, irqi və dini diskriminasiya, siyasi təzyiqlər... Mədəniyyət və texnologiyanın inkişaf etdiyi 21-ci əsrdə insanlıq hələ bu problemlərin ağuşundadır. Son 1 ilin ən pis 10 humanitar böhranı bunu göstərir.
Sərhədsiz Həkimlər Təşkilatı tərəfindən seçilən 2009-cu ilin ən kəskin 10 humanitar böhranın əksəriyyəti Asiya qitəsində baş verib. Diqqət çəkən təfərrüatlar isə aclıq və zorakılıqdır.
Siyahının ən başında mülki vənətdaşlara qarşı zorakılıq hadisələri və fəlakətlərdən sonra humanitar yardımların gecikdiyi vurğulanır.
Siyahıya görə humanitar problemlərin əsas səbəbləri müharibələrdir. Nəticəsi isə aclıq və səfalət, zorakılıq habelə maddi çatışmazlıqların yol açdığı xəstəliklərdir. Sərhədsiz Həkimlər Təşkilatı böhranları belə sıralayır:

1- Demokratik Konqo Respublikasının şərqindəki insanlara qarşı zorakılıq
2- Əfqanıstanda zorakılıq və mülki şəxslərin yardım edilməməsi
3- Somalidə zorakılıq və səhiyyə xidmətinin zəifliyi
4- Yəmənin şimalında şiddet ve yardım alamama
5- Sudanın cənubundakı Darfurda zoakılıq, xəstəlik və səhiyyə xidmətlərinin zəifliyi
6- Zəif qidalanan uşaqların müalicəsinə pul tapılmaması
7- Şri -Lankada müharibə ucbatından çətinə düşən insanlar
8- AIDS/HIV müalicəsi üçün yardımların az olması
9- Pakistanda zorakılıq və mülki vətəndaşları ehmal edilməsi
10- Mədə və bağırsaq xəstəlikləri, yuxu pozğunluğu kimi bir sıra xəstəliklər.