"Azərbaycanda bəzi adamlar məhərrəmlik ayında zəncir vurmağı təliğ etmək istəyir. Şühəsiz ki, onlar dindar deyillər və idarə olunurlar". Bunu deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun sözlərinə görə, artıq respublikada məhərrəmlik ayı ilə bağlı böyük dəyişikliklər müşahidə ounur. Bu il həmin dəyişikliklər daha qabarıq nəzərə çarpacaq: "Məhərrəmlik islamın faciəsi və islam dininin xilası kimi təqdim edilməlidir. Biz bu ayda Kərbəla faciəsi ilə yanaşı, Qarabağı da xatırlamalıyıq. Qarabağda şəhid olmuş qardaş və bacılarımızı, ata və analarımızı yada salmalıyıq. Ona görə, bu ayda baş verə biləcək qeyri-dini addımlar cəmiyyətin özü tərəfindən aradan qaldırılmalıdır". //Olaylar