YURİYA Levada Analitik Mərkəzi sadə rusiyalılar arasında rəy sorğusu keçirib. "Fontanka"nın məlumatına görə, rəy sorğusunun keçirilməsində əsas məqsəd Rusiyaya dost ölkələrin siyahısını müəyyənləşdirməkdir. Respondentlərin əksəriyyəti ilk olaraq Belarusun adını hallandırıb. Daha sonrakı yerləri isə Qazaxıstan və Çin tutur. Rusiyanın dostları olan ölkələr arasında Almaniya, Ermənistan, Hindistan və Kuba ilə yanaşı, Azərbaycanın da adı var. 13 faiz isə düşünür ki, Rusiyanın, ümumiyyətlə, dostu yoxur.