Türkiyə Suriyanın Afrin şəhərini bombalayır



Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyanın şimal-qərbində yerləşən və kürd terrorçuların nəzarəti altında olan Afrin şəhərində keçirilən hərbi əməliyyatlarla bağlı açıqlama yayıb.


“Zeytun budağı” adı alan əməliyyat yerli vaxtla saat 17:00-da başlayıb.


Əməliyyatdan qısa müddət öncə Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Rusiya və ABŞ-dan olan həmkarları Valeri Gerasimov və Cozef Danford ilə telefon əlaqəsi saxlayıb.


Əməliyyata Suriya müxalifətinin bölmələri cəlb olunub. Onları Türkiyə ordusu dəstəkləyir.