Bakıda rəqəmli işıqforlardan istifadə olunacaq

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov məlumat verib. Mətbuat xidmətinin rəhbəri deyib ki, artıq belə işıqforlardan biri Hökumət Evinin yaxınlığında quraşdırılıb. Onun sözlərinə görə, rəqəmli işıqforların yaxın gələcəkdə paytaxtın mərkəzi küçələrində quraşdırılmasına başlanacaq. Ə. Məcidov deyib ki, dünyanın əksər böyük şəhərlərində geniş istifadə olunan rəqəmli işıqforlar hərəkətin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir:

“Rəqəmli işıqforlar sürücülərə böyük köməklik göstərir. Onlar işıqforun növbəti işığının nə zaman yanacağı ilə bağlı vaxtı görə bilirlər”.

“Çelsi” klubunun sahibi bir zamanlar əfsanəvi Rokfeller ailəsinə məxsus olan, hazırda dünyanın ən bahalı malikanələrindən sayılan evi alıb. Karib dənizindəki Sen-Bartel adasında yerləşən bu malikanə Devid Rokfellerə - “Standard Oil” neft şirkətinin təsisi etmiş Con Rokfellerin nəvəsinə məxsus olub. Roman Abramoviç bu bahalı evi almaq üçün 89 milyon dollar ödəyib. Bu, hazırda dünyanın daşınmaz əmlak bazarında ən bahalı sövdələşmə hesab olunur. 28 hektar ərazidə yerləşən malikanədə okean mənzərəli bir neçə “bunqalo”, tennis kortları, hovuzlar və bal rəqsləri üçün zallar var. Abramoviç bu malikanəni Hindistan mənşəli bir amerikalıdan alıb. Həmin şəxsin 2000-ci ildə 8 milyon dollara aldığı bu malikanəyə Abramoviç 89 milyon dollara sahib çıxıb.

Xatırladaq ki, “Çelsi” klubunun sahibi dünyanın müxtəlif yerlərində çoxsaylı daşınmaz əmlaka sahibdir. Onun ev kolleksiyasına avstraliyalı media-maqnatdan satın aldığı, Qərbi Susseksdə yerləşən 420 hektar ərazisi olan malikanə, Nitsa ilə Kann arasındakı ərazidə yerləşən “Şato de-la-Kroe” malikanəsi, Kolorado ştatındakı “Uayldket-Ric” rançosu da daxildir. Qərbi Susseksdə yerləşən və media-maqnat Kerri Pekerdən 12 milyon funt sterlinqə satın alınan malikanədə 7 yataqlı ev, iki polo sahəsi, 100 at saxlamaq üçün tövlə, tennis kortu, nadir balıqlarla zəngin olan göl, qapalı hovuz, cakuzi və çimmək üçün xüsusi göl var.

Kolleksiyaya daxil olan “Şato-de-la-Kroe” malikanəsi isə bir zamanlar Vindzor hersoquna məxsus olub. Abramaviç bu malikanə üçün 15 milyon dollar ödəyib. Kolorado ştatındakı ev isə sabiq qubernatora 36 milyon dollara başa gəlib. Britaniya mətbuatının yazdığına görə, Roman Abramoviç hazırda Böyük Britaniyada ən bahalı ev tikdirməyə hazırlaşır. Naytsbricdə tikiləcək ev 150 milyon dollara başa gələcək.

ABŞ-ın keçmiş prezidenti Corc Buşa ayaqqabı atan İraqlı jurnalist Əl Zeydi 9 aylıq həbsdən sonra azadlığa çıxdı. Əl Zeydi bu hərəkəti qarşılığında qəhrəman elan edildi. Bundan həvəslənən başqa bir jurnalist Əhməd Əl Cumali Amerika əsgərinə ayaqqabı tullayıb. Amma bu jurnalist əvəzində güllə yarası alıb. Şahidlərin dediyinə görə jurnalist əsgərə ayaqqabı tullamaqdan başqa heç nə etməyib. Amma ABŞ ordusu rəsmilərinin verdiyi məlumata görə isə əsgər, atılan ayaqqabını əl bombası zənn etdiyindən jurnalistə atəş açıb. İndi Əl Cumali bir xəstəxanadadır. Əməliyyat olunub və onun müalicəsi davam etdirilir.