Məni düşündürən mövzulardan biri də bizim ölkədə hələ də tam formalaşmayan,hələ də öz həllini tapmayan küçə mədəniyyətidir.Çoxlarımız hər gün demək olar ki,ictimaiyyət içərisində oluruq.İctimaiyyət dövlətin sütunudur,mənbəyi və özəyidir.Kimisi işə,kimisi məktəbə,kimisi universitetə,kimisi bazara,kimisi gəzməyə,kimisi öz işi ilə əlaqədar hər hansı bir yerə yollanır.
Ümumiyyətlə mədəniyyət nədir?!Bu sözü necə başa düşürük?! Mədəniyyət sözü "Bir ölkənin, bir cəmiyyətin, maddi və mənəvi varlıqlarının, fikir, sənət işləriylə əlaqədar xüsusiyyətlərinin məcmuəsidir". Gündəlik dildə mədəni insan,çağına uyğun yaşayan insan mənasında istifadə edilir.
Mədəniyyət küçədə söz atmaq deyil,kimisə süzmək,ucadan gülmək,qışqırmaq deyil.
Mədəniyyət tərbiyənin bir qoludur. Mədəniyyət - cəmiyyətin və xüsusi ilə də fərdlərin sahib olduqları həyatı həyata şəkilləridir...
Bu hər bir fərdi evdə başlanır,təməli məhz ailədə qurulur. Mədəniyyət insanların bir-birlərini tənqid edərkən özlərinə də tənqid kimi yanaşmasıdır, eyni şəkildə özlərini düşünərkən başqalarını da düşünməsidir.Faydalı olmaq,insan kimi yaşamaqdır, top - tüfəng çıxarmaq deyil xoş rəftar etməkdir,əl-qol atmaq,səni söyənə tam əksinə cavab verməkdir,kimisə lağa qoymaq deyil,onu istiqamətləndirməkdir, haqsızlıq etməməkdir,eybi olana gülməməkdir,yolda yıxılan gülmək deyil,ona yardım etməkdir,böyüyə yol verməkdir,bir işin müqabilində təşəkkür etməkdir,kiminsə sözünü kəsmək deyil,onu axıra kimi dinləməyi bacarmaqdır - Mədəniyyət.
Deyirlər “Uşaq evin güzgüsüdür”.Bəzən küçədə,yolda elə hərəkətlərə rast gəlirik ki,bir anlıq düşünürük görəsən bu insanın “mədəniyyətdən”,”tərbiyədən” anlayışı varmı,ümumiyyətlə bu sözləri dərk edirmi?!Çətin ki ....
Ancaq və ancaq bizim ölkədə rast gəlmək olar :
1.Yolla gedərkən ucadan gülmək və söhbət etmək.
2.Telefonla qışqıra-qışqıra danışmaq,hələ mən avtobusda,metroda danışıqları demirəm.
3.Metroya daxil olduqdan sonra telefonlar işə salınır,bluetoothlar fəaliyyətə başlayır.
4.Nabadə kiminsə ayağını tapdalayasan,Allah göstərməsin bütün zooparkdakı heyvanların adlarını eşidəcəksən.Hətta bəzən ayağını tapdaladıqdan sonra özlərini bilməməzliyə vuranlar da tapılacaq.
5.Avtobusda,metroda basabas,hamı bir-birini az qala qucaqlayacaq.Əgər bir yer boş qalarsa sürücü avtobusu belə sürməz.Həmin gün onun qara günüdür.
6.Harda gəldi avtobus saxlayırıq,dayanacaqların yeri məlum deyil.Hətta sürücü sərnişinin dediyi yerdə saxlamazsa söyüşlər başlanır.”Karsan?!Eşitmirsən?!İndi mən bu qədər yolu necə geri qayıdacam?!Halbuki,2 dəqiqəlik yolun söhbəti gedir.
7.Harda gəldi zibil atırıq,halbuki zibil qutularını görürük,sadəcə ərinirik ora getməyə.
8.Metroya yenicə minmiş sərnişini 20 dəqiqə başdan-ayağa süzürük.Saçından tutmuş ayaqqabılarına kimi.
9.Əsnəyərkən,öskürərkən ağızı əllə tutmaq söhbəti yoxdur.Nə danışırsan bəs nəfəsini kim verməlidir.Əllə tutmağa həvəs yoxdur axı!
10.Metroda kiminsə əlində qəzet,kitab oxuyan görsən,vəssalam.Xüsusən cavan oğlanlar söz atmağa başlayacaq.”Yadında mən də bunu oxumuşdum,camaat dərs oxuyur bizim kimi avaralıq etmir,eh cavanlıq və s.”
Halbuki,xarici ölkələrdə metroya girdikdə elə bil kitabxanaya düşmüsən.İnsanlar bir-birlərinə mane olmamaq üçün kitab və ya qəzet oxuyurlar.Həm beləcə nəsə öyrənmiş olurlar,həm də vaxtlarını hədər yerə keçirmirlər.
.Ancaq bu belə deyil,öz müsbətlərimizi gördüyümüz kimi,artıq vaxtdır mənfilərimizi də görməyə çalışmalıyıq.Heç olmasa dərs götürək,inkişaf edək.Nəsə öyrənək.