3 sonuçtan 1 ile 3 arası

TƏSLİMÇİ SÜLH TƏKLİFİ !

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    TƏSLİMÇİ SÜLH TƏKLİFİ !

    TƏSLİMÇİ SÜLH TƏKLİFİ
    Azərbaycanın ərazi bütövlüyünə qəsd planı

    «Madrid prinsipləri»ndə Dağlıq Qarabağa müstəqillik vəd olunur; ərazini Ermənistanla birləşdirən dəhlizin yaradılması nəzərdə tutulur.




    «Böyük səkkizlər»in İtaliyanın Akvila şəhərində iyulun 10-da başa çatan sammitindən sonra Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsipləri gecəyarısı Vaşinqtondan açıqlanıb. Bakı vaxtı ilə gecə saat 01:00 radələrində indiyədək danışıqların əsasını təşkil edən və «Madrid prinsipləri» kimi tanınan sənədin mahiyyəti haqda rəsmi açıqlama Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb (APA). Açıqlamaya görə, sənədi 2007-ci ilin noyabrında Madriddə Rusiya, ABŞ və Fransanın xarici işlər nazirləri tərəflərə təqdim edib.

    Ağ Evin bəyanatında bu prinsiplərin Helsinki Yekun Aktına, güc tətbiqindən imtinaya, ərazi bütövlüyü, bərabər hüquqluq və öz müqəddəratını həll etmək hüququna əsaslandığı qeyd olunub. «Madrid prinsipləri»nin konkret maddələri belədir:

    1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması;
    2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi;
    3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması;
    4. Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan öz müqəddəratını ifadə etmək hüququ;
    5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ;
    6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi.

    Prezidentlər Əliyev və Sarkisyan iyulun 17-də Moskvada görüşəcək. Bu görüşdə hansısa sənədin imzalanması planlaşdırılmır, ancaq vasitəçilər qarşıya məqsəd qoyub ki, baza prinsipləri ilin sonunadək razılaşdırılsın. Son proseslərdən də göründüyü kimi, bunun üçün Azərbaycana təzyiqlər edilir. Prezident Əliyev bu günlərdə Rusiya televiziyasına müsahibəsində münaqişənin nizamlanmasının detalları haqda danışıb. O, Laçın dəhlizi ilə bağlı məsələnin həllini tapa biləcəyinə işarə edib, eyni zamanda deyib ki, ətraf rayonların «5+2» formulu üzrə boşaldılması nəzərdə tutulur. Lakin Əliyev Dağlıq Qarabağın yekun statusunun «Madrid prinsipləri»ndə deyildiyi kimi öz müqəddəratını təyin etmə yolu ilə yox, danışıqlar yolu ilə və azərbaycanlıların Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmasından sonra müəyyən edilməli olduğunu deyib. Dövlət başçısı statusun müəyyən edilməsi üçün konkret müddət qoyulmasının da əleyhinə çıxaraq deyib ki, bu məsələ ola bilsin 10, 100 il sonra öz həlini tapsın, ola bilsin də heç tapmasın. Yəni Azərbaycan dövlət başçısı Madrid sənədində yer alan prinsiplərin əksəriyyəti ilə razıdır, ancaq Dağlıq Qarabağın statusunun hansı formada həll edilməli olduğu açıq qalır və elə münaqişənin həllinin kökü də bundadır. Lakin həmsədr ölkələr rəsmi Bakı ilə razılaşdıraraq «Madrid prinsipləri»ni açıqlamaqla əsasən Azərbaycanda ictimaiyyəti təslimçi sülh təklifinə hazırlamaq istəyir.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: TƏSLİMÇİ SÜLH TƏKLİFİ !

    Men bir sheyi basha dushmurem bu avropa dovletleri ermenileri niye bele mudafie edir. Neft bilmirem bizim olkeden cixir yoxsa onlarin ??
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: TƏSLİMÇİ SÜLH TƏKLİFİ !

    bu mövzuya aid öz başıma gelen hadise danışacam demeli 2007 ci ilin mart ayının hardasa novruz bayramına yaxın tarixi idi.men esgerlikde idim bizi beyleqana N saylı herbi hissesine e pozisiyaya aparmışdılar ezam esger olaraq cemi 4 nefer esger idik.gece gedib çıxmışdıq ora başımızda olan zabit yaxşı biri idi cavan oğlan idi.bize dedi ki davay adboy mende ölüremde adboy üçün esgerlikde olanda ele arzulayırdımki ayda heçne istemirem yeterki bir yataq balışıda olmasın razıyam başımı qoyum yatım yanimdada Anjelina Joli Jennifer Lopez Mariah Carey bulardan biri mene nağıl desin hemişe gece yuxuya gedende bunu düşünüb yatırdım ela olurdu demeli hamı adboyda menim nese yuxum gelmedi didimki yoxe Nicat davay dur get sengere gör orda esgerler xidmetde ne işle meşğuldurlar.durdum ayağa damağıma 1 siqaret yandırıb qoydum düşdüme yola özde ermenilerle 38 yada 40 m mesafe var aramda püflede püflede gediremeeee özde yenilmez batalyon filminden mahnı oxuya oxuya gece saat indiyene kimi yadımdadı düz 4 dü.sengere yaxınlaşırdımki birde gördümki ermeniler terefden ateş açıldı mende tez sarıldım silaha ama açığı yaman qorxmuşdum 5 deq ateş oldu birden sakitleşdi mende didim yoxe biraz yere oturum sakitleşim.ele yere oturmuşdumki birde gördüm arxamdan kimse çiynime elini vurdu birden arxaya çevrildim gördüm 1 nefer xüsusi deste geyimli esger(xanım) 2 neferde adi esger oğlan.bunlar ermeniler idi.men o an nelerçekdim bile bilmezsiniz.üreyimde kelmeyi şehadet getirirdim.ermeni esgerin biri kiterin(esger penceyi) cibinden ağ desmal çıxardı uspakoysa uspakoysa dedi mende rusca bilmirem ele oturmuşam qalxmıram ayağa esgerler 3 de oturdu yanıma mende bulara baxıram elece qız desmalı o biri esgerden alıb verdi mene ve qeribe Azerbaycan dilinde danışmağa başladış dedi...sen qorxma biz bura söhbete gelmişik elimizde teslim bayrağıdı isteseydik seni burdaca ateşe alardıq ama etmedik bize bakıdan danış dedi mende ay uşaqlar deli olmuşam bilmirem ne deyim silahımıda yere qoymuram.o an bir tek şey düşündüm sevdiyimi nedense aielm heç ağlıma gelmirdi ermenilerde speçnaz esger xüsusu teyinatlı olur özde qız olur çünki qadın xeylağı nişan alarken elleri esmir yeni oların eseb sistemleri sakit olur.neyse bu qızla bir az söhbet eledim ara vere verede qızda öz dillerinde o biri esgerlere danışırdı bakı hakda.biraz keçmişdi qıza dedimki siz niye bele elediz yeni ağ desmalla bizim torpaqlarda teslim olmaq istediz.qız dediki inanın biz heçvaxt bu arada olan söz söhbetin terefdarı olmamışıq.men biraz oturdum heçne dimedin ayağa durdum bularda birden qalxdı mende gülümsündüm.dedim geceniz xeyre men gedirem yatmağa bulardan 5 mt uzaqlaşmışdımki birden arxaya çevrilib ateş açdım gözümü qan bürümüşdü o an açdığım ateşler bir nefer ermeni esgerini ya öldürdü yada yaralıdı bunu bilmedim daha sonra qıza dedimki men sizin sülh bayrağınızı qebul etmirem ve sizler bizleri arxamızdan vuran kimi mende sizi vurdum qız istese meni hemn deq öldüre bilerdi ama etmedi sadece gözlerime baxaraq gülümsedi.indiyene kimi bu hakda heçkime dememişdim bilmirem indi mene noldu men bu hakda bura yazdım.düz etmişdim sehv etmişdim bilmirem ama 18 yaşım vardı onda vede 6 ayın esgeri idim...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.