Sayfa 1/2 12 SonSon
15 sonuçtan 1 ile 10 arası

Emin Milli və Adnan Hacızadə - genclere destek !

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Emin Milli və Adnan Hacızadə - genclere destek !





    Iyulun 8-də günün ikinci yarısında Azərbaycan gənclər sektorunun aparıcı isimlərindən olan Emin Milli və Adnan Hacızadə mülki geyimli şəxslərin hücumuna məruz qalıblar. Qaynar.info-ya daxil olan məlumata görə, şəhərin mərkəzindəki kafelərin birində dostlarıyla birlikdə oturan gənclərə idmançı görkəmində olan iki mülki geyimli şəxs yaxınlaşaraq, onlara hakimiyyəti niyə tənqid etdiklərini irad tutub, gənclərə hücum ediblər. Səbail Rayon Polis idarəsinə məlumat vermək üçün gedəndə isə zərərçəkən gənclərin özlərini həbs ediblər. İdmançı cüssəliləri az sonra azad ediblər.

    Olay yerinə gələn polislər insidentin iştirakçılarını 9-cu bölməyə aparıblar. Dava nəticəsində A.Hacızadənin burnu sınıb, vəziyyəti ağır olan Emin Milli isə "Semaşko" xəstəxanasına göndərilib. Aldığımız digər bir məlumata görə isə, polis insidenti araşdırıb, dava salan mülki geyimli şəxslərdən izahat alıb."Semaşko"da həkim müayinəsindən keçirilən Emin Milli yenidən polis bölməsinə gətirilib. Hazırda onun vəziyyəti yaxşıdır.

    Zərərçəkmişlərin vəkili olan İsaxan Aşurovun isə polis bölməsinə daxil olmasına icazə verilmir. Bölmədən bunun səbəbini gah istintaqın getməsi ilə, gah da zərəçəkmişlərin vəkil istəməməsi ilə izah edirlər.

    Polis idarəsinin qarşısına media nümayəndələri, hüquq mudafiəçiləri, hadisənin şahidləri və gənclər təşkilatlarının aktivləri toplaşıb. Gecə saat 23-00 radələrində isə polislə bölmənin qarşısına toplaşanlar arasında insident yaranıb. 5-6 nəfər polis
    işçisi bölmənin qarşısına toplaşan gənclərə, xüsusən də Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslıya qarşı fiziki təzyiq göstəriblər.

    Bölmənin qarşısına toplaşan gənclərin verdiyi məlumata görə, onları əli qandallı vəziyyətdə polis maşınına mindirərək aparıblar. Polis yetkililəri əlavə heç bir məlumat vermək istəməsələr də, aydınlaşdıra bilmişik ki, onların 48 saat şübhəli şəxs qismində saxlanılması üçün protokol tərtib edilib və Xətai rayonundakı 1 saylı müvəqqəti saxlama təcridxanasına göndəriblər. Güman ki, bu müddət ərzində məhkəmə keçiriləcək.

    Səbail rayon Polis İdarəsinin qərarı ilə döyülən gənclərdən Adnan Hacızadə 48 saat müddətinə şübhəli şəxs kimi saxlanıb. Emin Milli də onunla həmrəylik nümayiş etdirərək birlıikdə təcridxanaya aparılmasını istəyib.

    Saxlanan üçüncü gənc - Orxan Qafarlı isə azad edilib. O, bildirib ki, gəncləri döyənlər iki nəfər idmançı olub. Polisə bildiriblər ki, döyülənlər restoranda onları təhqir edirmişlər. Ona görə də aralarında münaqişə yaranıb.

    Orxan Qafarlı bildirir ki, polisin zərəçəkən olduqları halda gəncləri təcridxanaya aparmasını onların müxalif siyasi fikirlərinə görə cəzalandırılmaları hesab edirlər.
    Səbail rayon Polis İdarəsindən növbətçi polis əməkdaşı idmançı olduğu deyilən adamların hara aparılması, saxlanan gənclərin nədə şübhəli bilinməsi barədə suallarımıza cavab verməkdən imtina edib.

    Növbətçi polis məlumat üçün səhər tezdən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət etməyi məsləhət görür.

    Vəkil İsaxna Aşurov bildirir ki, gənclərdən ifadənin necə alınması və üzləşmənin gedişini müşahidə etmək istəsə də polis nə onu, nə də saxlananların valideynlərini içəri buraxmır.

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Emin Milli və Adnan Hacızadə həbs olundu - genclere destek !

    Bakıda səfərdə olan Almaniyanın insan haqları üzrə müvəkkili Günter Nokke polisin saxladığı Emin Milli və Adnan Hacızadənin vəziyyəti ilə maraqlanmaq üçün bu gün səhər saatlarında Səbail Rayon Polis İdarəsinə gəlib. “Azadlıq” radiosunun məlumatına görə, G.Nokkeyə həbs edilmiş gənclərin idarəyə gətirilməyəcəyi və onların vəziyyətlərinin yaxşı olduğu bildirilib. Ancaq ombudsman polis idarəsindən getdikdən sonra E.Milli və A.Hacızadə qolları qandallı idarəyə gətiriliblər.

    Polis idarəsindən çıxandan sonra G.Nokke deyib ki, gənc fəallar axşam saatlarına qədər sərbəst buraxılmasalar, məsələ Azərbaycanın sərhədlərini aşacaq və ölkənin imicinə mənfi təsir edəcək.

  3. #3
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Emin Milli və Adnan Hacızadə həbs olundu - genclere destek !

    Səbael Rayon Məhkəməsi Emin Milli və Adnan Hacızadə barəsində iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

    Qərarı hakim Rauf Əhmədov çıxarıb. Proses qapalı keçirilib. Gənclərin məsləkdaşları, yaxın qohumları, jurnalistlər, hüquq müdafiəçiləri, ATƏT təmsilçiləri, ABŞ, Böyük Britaniya və Almaniyanın Bakıdakı səfirliklərinin nümayəndələri məhkəmə zalına buraxılmayıblar.


    Bu dava-dalaşı saldığı və gənc fəalları döydükləri iddia olunan şəxsləri məhkəməyə əksinə zərərçəkən qismində dəvət ediblər.

    Adnan Hacızadənin vəkili İsaxan Aşurov məhkəmə prosesinin qapalı keçirilməsinin qanunsuz olduğunu bilidirib.

    O deyib ki, Azərbaycan qanunları məhkəmələrin bəzi hallarda qapalı keçirilməsinə icazə versə də, rəsmi Bakı İnsan Haqları Konvensiyasına imza atdıqdan sonra həmin qanunlar qüvvəsini itirib.


    Emin və Adnanla dalaşan gənclər Füzuli və Ağdam rayonlarından olan məcburi köçkünlərdir. Biri 1983-cü il təvəllüdlü, Füzuli rayonundan olan Babək Hüseynov və 1984-cü il təvəllüdlü, digəri Ağdam rayonundan olan Vüsal Məmmədov.

  4. #4
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Emin Milli və Adnan Hacızadə həbs olundu - genclere destek !

    ABŞ səfirliyi Hacızadə və Millinin işi ilə bağlı bəyanat yayıb
    Bəyanatda deyilir ki, adı çəkilən şəxslər naməlum şəxslər tərəfindən basqına məruz qalıb.



    ABŞ səfirliyi gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı bəyanatla çıxış edib. Səfirliyin bəyanatında deyilir ki, adı çəkilən şəxslər naməlum şəxslər tərəfindən basqına məruz qalıb, saxlanılıb və istintaqa cəlb ediliblər. Eyni zamanda, onlara hücum edənlər sərbəst buraxılıb. «Biz həmçinin polisin vəkilləri onların yanına buraxmamasından və adekvat tibbi yardım göstərməməsindən narahatıq».
    Bu məsələlər Azərbaycan hakimiyyəti və hüquq-mühafizə orqanları qarşısında qaldırılıb. "Biz bu istiqamətdə işi davam etdirəcəyik və Azərbaycan hakimiyyətini Hacızadə və Millini zəruri hüquqi və tibbi yardımla təmin etməyə çağırırıq".

    menbe : ans press

  5. #5
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Emin Milli və Adnan Hacızadə həbs olundu - genclere destek !



    Gənclər hərəkatı fəalları Adnan Hacızadə və Emin Millinin apellyasiya şikayətlərinə baxılması iyulun 20-nə qalıb. “Media forum” saytına danışan A.Hacızadənin vəkili İsaxan Aşurov deyib ki, Bakı Apellyasiya Məhkəməsində şikayətləri araşdıran hakimlər bu gün hər iki gəncin prosesdə iştirakının təmin olunması tələbini qəbul ediblər: “Həbs-qətimkan tədbirinin ləğv olunması ilə bağlı şikayətlərə Adnan və Eminin iştirakı ilə baxılacaq”.

  6. #6
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Emin Milli və Adnan Hacızadə həbs olundu - genclere destek !

    xarici telekanalın gənc fəalların həbsilə bağlı hazırladığı sujet, sayta daxil olduqdan sonra videonun üzərinə klikləyib baxmaq mümkündür ortalarda ikinci xəbər onlar haqdadır

    İzlə : [

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318

    Re: Emin Milli və Adnan Hacızadə həbs olundu - genclere destek !

    İNSALLAH adalet yerini bulacaq..onlar hakettikleri yere geldigini bizde göreceyiq..
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


  8. #8
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Emin Milli və Adnan Hacızadə həbs olundu - genclere destek !



    Riçmond Universitetinin 17 professorundan cağırış.

    ABŞ-ın Riçmond Universitetinin 17 professoru Azərbaycan prezidentinə bu universitetin tələbəsi, Bakıda siyasi motivlərlə həbs edilmiş Adnan Hacızadəni azad etmək çağırışı ilə məktub göndərib.
    Cümə günü İnternetdə yerləşdirilmiş məktubda professorlar xatırladırlar ki, Adnan Hacızadə 2005-ci ildə universiteti bitirib. Məktubu imzalayanlar arasında Siyasi Elmlər Departamentinin direktoru Vinsent Vanq da var.
    İlham Əliyevə məktubda deyilir ki, keçmiş müəllimləri inanır ki, Adnan ölkəsinin gələcəyi üçün çox şey edə bilər. “Professorlar Hacızadəni bacarıqlı və hörmətli centlimen kimi xatırlayırlar və onun xuliqanlıq etdiyinə inanmaq çətindir”, deyə məktubda qeyd edilib.

    Turan agentliyi

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318

    Re: Emin Milli və Adnan Hacızadə həbs olundu - genclere destek !

    İNSALLAH profesörlerin cabaları qarsılıqsız qalmaz..
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


  10. #10
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Emin Milli və Adnan Hacızadə həbs olundu - genclere destek !

    Destek ol !

    [youtube:2olx22ro]http://www.youtube.com/watch?v=ig5WRFxUOEs[/youtube:2olx22ro]

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.