2 sonuçtan 1 ile 2 arası

ATET in Minsk Qrupu - Çoxüzlü üçlük

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    ATET in Minsk Qrupu - Çoxüzlü üçlük

    ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri İrəvanda Azərbaycan mətbuatını hədəf seçib. O, Bakıda verdiyi «Ermənistan Azərbaycan ərazilərini geri qaytarmalıdır» bəyanatını təkzib edib və Azərbaycan mətbuatı barəsində aşağılayıcı ifadələr işlədib: «Azərbaycan mətbuatı istər siyasət, istərsə də kənd təsərrüfatı olsun, hər şeyi birtərəfli qaydada şərh edir. Müsahibəni rus, yoxsa ingilis dilində verdiyimi xatırlamıram. Amma mənim sözlərim ən azı iki dəfə tərcümə və ya təkrar tərcümə edilib. Mən jurnalistlərə qarşı hörmətimi ifadə etməyə və suala cavab verərkən hanısa boş sözlərdən istifadə edə bilmərəm». Bunları o adam deyir ki, ATƏT-in Minsk Qrupunun həmsədridir və indiyədək onun dinlindən yalnız boş sözlər eşitməyə öyrəşmişik.

    Metyu Brayza həmişə İrəvandakı bəyanatlarını Bakıda, Bakıdakı çıxışlarını isə İrəvanda təkzib etməklə məşğul olub. Bilmirəm bunun adına diplomatiya demək olarmı? Hər nədirsə, Metyu Brayza bunu adətə çevirib. O, həmişə verdiyi bəyanatları təkzib edərkən məsuliyyəti ya tərcümənin, ya da mətbuatın üzərinə atmağa çalışır. Maraqlı olan budur ki, niyə belə hadisələr başqa diplomatların başına gəlmir və «yanlış tərcümə»dən, ya da «təhrif»dən əziyyət çəkən yalnız Metyu Brayzadır?.. Deməli, günahı diplomatın özündə axtarmaq lazımdır. Ola bilməz ki, bir diplomatın hər səfərində hansısa bəyanatı təhrif olunsun və ya tərcümədə yanlışlığa yol verilsin.

    Əslində, siyasəti kənd təsərrüfatına çevirənlər ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Onların 1994-cü ildən bu yana göstərdiyi fəaliyyəti siyasət adlandırmaq çətindir. Əgər bu siyasətdirsə, onda yalan siyasətidir. ATƏT-in Minsk Qrupu 14 il ərzində heç nəyə nail olmayıb. Əksinə, üç həmsədr regiona mütəmadi səfərlər edib, boş bəyanatlar verib və bir də baxmışıq ki, həmsədrlər dəyişdirildi. Bundan sonra yeni həmsədrlər başlayıblar münaqişə ilə tanış olmağa. Tanışlıq prosesi başa çatan kimi yeni dəyişikliyin vaxtı yetişib. Beləliklə, Azərbaycan və Ermənistan ictimaiyyəti yalnız həmsədr dəyişikliyini izləməklə məşğul olub. Bu vəziyyət Ermənistan ictimaiyyətinə təbii ki, sərf edir. Amma Azərbaycan xalqı haqqında bunları demək çətindir. Bizə həmsədr dəyişikliklərini izləmək yox, vəziyyəti dəyişmək lazımdır. Qaçqınlıqda doğulan körpələrin indi 18-19 yaşı var, amma vəziyyət dəyişmir. Çünki fəaliyyətsiz bir qurumun yalanları ilə üz-üzəyik. İşi-gücü ictimaiyyətə yalan danışmaqdan ibarət olan həmsədrlərdən biri isə Azərbaycan mətbuatını yalançılıqda ittiham edir. Özü də bu ittihamı Bakı olanda yox, yalnız buradan gedəndən sonra İrəvanda səsləndirir.

    Həmsədr dəyişikliyi demişkən, Metyu Brayzanın özünün də dəyişdirilməsinə az qalıb. Birləşmiş Ştatların yeni prezidenti fəaliyyətə başlayan kimi iş başına yeni komanda gətiriləcək və hansısa cənab ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri olacaq. Və… Tarix təkrarlanmağa başlanacaq. Yeni həmsədr 20 illik münaqişə ilə tanış olmağa başlayacaq. Bunun üçün dəfələrlə regiona səfərlər edəcək, Avropanın ayrı-ayrı şəhərlərində həmsədrlərin məsləhətləşmələri olacaq və s. Yəni, hər şeyi başdan başlayacaq. Avropanın hansısa həşərinin adı ilə yeni təkliflər meydana çıxacaq, bunun ətrafında uzun-uzadı müzakirələr başlayacaq. Vəziyyət isə yerindən tərpənməyəcək. Bu, o vaxta qədər belə davam edəcək ki, həmsədrlər ortaya əsl mövqe qoyacaqlar. Yoxsa özünütəkzib üzərində qurulan siyasətdən nəsə gözləməyə dəyməz.

    Mahir Məmmədli /ANS PRESS/



  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: ATET in Minsk Qrupu - Çoxüzlü üçlük - hamı oxusun

    onlar neyləməlidirlər ki Torpaq alıb verməlidirlər ki.

    ATƏT verməyib ki ALSIN da. başqaların günahlandırmaq lazım deyil
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.