Sərhəd məntəqəsində polisdən sərhədçilərə qədər hamı türk yardım karvanlarının Qəzzəyə girməsi üçün səy göstərir

”Kimsə Yok mu” dərnəyinin yardımlarını Fələstinə daşıyan nəqliyyat vasitələrinin keçdiyi Refah sərhəd məntəqəsinin digər tərəfində İsrail bombalarının törətdiyi böyük dağıntılardan dumanlar yüksəlir. Buna rəğmən, dərnək İsrailin bomba yağmuruna yardımlarla cavab verilir.
Türkiyənin hər bir tərəfindən on minlərlə insanın iştirakı ilə toplanan yardımlar misirlilər tərəfindən heyrətlə qarşılanıb. Türk TİRlərinin sürətli şəkildə Qəzzəyə daxil olması Türkiyənin bu bölgədə nüfuzunu daha da artırır. Sərhəd məntəqəsində polisdən sərhədçilərə qədər hamı türk yardım karvanlarının Qəzzəyə girməsi üçün səy göstərir. Hətta misirlilər də onların bu üstünlüyündən faydalana bilmək məqsədilə türklərdən kömək diləyirlər.
Qeyd edək ki, hazırda Qəzzəyə dünyanın hər yerindən yardımlar göndərilir. Sərhəd məntəqəsində növbə yaranıb. Fəqət İsrail həmin ərarazini mütəmadi bombalaması səbəbindən yardımın Qəzzəyə çatdırılmasına mane olur.
Hazıra Qəzzədə tibbi əməliyyatlər üçün lazım olan avadanlıqlar, alətlərə də daha çox ehtiyac var. “Kimsə Yok mu” yaxın günlərdə onları da Qəzzəyə çatdırmaq niyyətindədir. Qeyd edək ki, İsrailin hərbi əməliyyatları Qəzzədəki xəstəxanaları və məktəbləri də bərbad vəziyyətə salınıb. İşıq, su, mavi yanacaq sistemləri də sıradan çıxarılıb. Avtomobillər yolları isə tamamilə yararsız vəziyyətə salınıb.