Britaniyanın keçmiş baş naziri dinini dəyişəcəyi ilə bağlı sualdan yayınıb

İngiltərənin sabiq baş naziri Toni Bleyr şok açıqlama verib. Lent.az-ın məlumatına görə, sabiq baş nazir Almaniyanın “Die Zeit” jurnalına müsahibəsində Quran oxuduğunu söyləyib.

“Mütəmadi olaraq, Quran oxuyuram, demək olar ki, hər gün”, - deyə Toni Bleyr bildirib. 55 yaşlı siyasətçi Məhəmməd Peyğəmbərin açıq görüşlü lider olduğunu vurğulayıb. Ancaq sabiq baş nazir dinini dəyişdirmək niyyətində olub-olmaması ilə bağlı suala “xahiş edirəm, bu mövzuya toxunmayaq”, - deyə cavab verib.

Siyasi məsələlər münasibət bildirən Toni Bleyr İraq və Əfqanıstanı diktatorlardan xilas etdiklərini qeyd edib.