“Azərbaycan hərbçisi Ramil Səfərovun ekstradisiyası imkanları var, amma rəsmi Budapeşt bu barədə öhdəlik götürməyib”.



“Erməni zabitinin öldürülməsi ilə bağlı məhkəmə prosesi başa çatıb və məhkəmə öz qərarını elan edib”. APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan Macarıstanın xarici işlər naziri Kinqa Qents deyib. O bildirib ki, R. Səfərovun Azərbaycana təhvil verilməsinin vaxtı çatarsa, bu məsələ hərtərəfli müzakirə olunacaq, çünki onun öz vətənində cəzasını çəkib-çəkməyəcəyinə dair ciddi şübhələr var. Xatırladaq ki, erməni zabiti Qurgen Markaryanı öldürməkdə ittiham olunan R. Səfərov 2006-cı il aprelin 13-də Budapeşt birinci instansiya məhkəməsinin qərarı ilə ömürlük həbsə məhkum edilib. Hökmə əsasən o, 30 il ərzində əfv edilə bilməz. Macarıstan Apellyasiya Məhkəməsi 2007-ci ilin fevralında hökmü qüvvədə saxlayıb.