7 sonuçtan 1 ile 7 arası

Azərbaycan prezidentini seçir

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Azərbaycan prezidentini seçir





    2008-ci il oktyabrın 15-də Azərbaycanda 6-cı dəfə prezident seçkiləri keçiriləcək. Prezidentliyə 7 nəfərin namizədliyi qeydə alınıb. Bunlar YAP sədri İlham Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, BQP sədri Fazil Qəzənfəroğlu, bitərəf Qulamhüseyn Əlibəyli, ALDP sədri Fuad Əliyev və MMP sədri Hafiz Hacıyevdir.

    Ümumilikdə isə Azərbaycanda prezident seçkilərinin keçirilməsi üçün dövlət büdcəsindən 23 milyon 500 min manat vəsait ayrılıb.



    Seçkilər elan olunduqdan dərhal sonra MSK, Xarici İşlər Nazirliyi və Milli Məclis seçkinin müşahidəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin aidiyyəti qurumlarına dəvət məktubları göndərib. Avropa Şurası, ATƏT, MDB, Avropa Parlamenti, GUAM seçkiləri izləmək niyyətini bildirib və hazırda onların müşahidə missiyaları Azərbaycandadır. Adıçəkilən beynəlxalq təşkilatların Azərbaycanda ümumilikdə 1200-dən çox müşahidəçisi səsvermənin gedişini izləyəcək. ATƏT-in uzunmüddətli Müşahidə Missiyası ölkə üzrə 14 seçki qrupu yaradıb. Seçkini izləmək üçün 30 xarici KİV-dən 92 jurnalist MSK-da qeydiyyatdan keçib.

    Səsverməni izləmək üçün seçki komissiyalarında 47 min yerli müşahidəçi qeydiyyatdan keçib.
    Ötən parlament seçkilərindən fərqli olaraq, bu dəfə Azərbaycanda “exit-poll”u xarici yox, yerli təşkilatlar keçirəcəklər.

    Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün - oktyabrın 15-i qeyri-iş günüdür. Səsvermə iş gününə - çərşənbəyə təsadüf etdiyindən, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir. Mənbə : APA

    Seçkiləri canlı müşahidə etmək istəyənlər Mərkəzi Seçki Komissiyasının saytından faydalana bilərlər :

    [

    Hamınızın seçkilərdə fəal olmasını arzu edirik, nəticəsindən asılı olmayaraq xalqımıza rifah, əmin amanlıq arzu edirəm.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    Salam aleykum,

    İlhamla İrəli >>>>>>>





    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  3. #3
    Moderlər
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Bakı
    Mesajlar
    917
    Azərbaycanda prezident seçkiləri - FOTOSESSIYA


















    Mesafler mi aşkı uzaklaştırır ,aşk mı mesafeleri yakınlaştırır,Uzayan yollar,kanayan sevdalar,ne kadar aşkı yansıtır,Sevmekten uslanmayan gönülmüdür.Uslanmayan sevdamıdır.Ey arsız sevda,yoluna gül dökülesi,İşte geldin yakınımdasın,Bir seslensem el uzatırmısın?

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Prezident seçkiləri ilə bağlı ekzit-polların ilkin nəticələri açıqlanıb

    Azərbaycan prezidenti İlham Əliyev 85.7 faiz səslə birinci yerdədir

    "Rəy" monitorinq mərkəzi ekzitpolun nəticələrini açıqlayıb. Mərkəzin təqdim etdiyi nəticələrə görə, İqbal Ağazadə 4.74, Qulamhüseyn Əlibəyli 5.44, Fuad Əliyev 0.09, İlham Əliyev 80.5, Hafiz Hacıyev 0.66, Qüdrət Həsənquliyev 4.65, Fazil Mustafayev 3.92 faiz səs toplayıb. Ümumilikdə, 68.5 faiz seçici səsvermədə iştirak edib.

    Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafina yardım assosiasiyası “ELS” müstəqil araşdırmalar mərkəzinin birgə keçirdiyi ekzitpolun nəticələrinə görə seçicilərin 70,6 faizi səsvermədə iştirak edib. Prezidentliyə namizəd İlham Əliyev rəyi soruşulanların 82,6 faizinin səsini qazanıb.

    “Azad, şəffaf, ədalətli seçkilər” koalisiyası prezident seçkilərində keçirdiyi ekzitpolun nəticələrini açıqlayıb. Qurum 57 seçki dairəsinin 2000-dək seçki məntəqəsində müşahidə aparıb, o cümlədən 488 məntəqədə ekzitpol keçirib. Ekzitpolun nəticələrinə görə, səsvermə hüququ olan ölkə vətəndaşlarının 73,1 faizi səsvermədə iştirak edib. Prezidentliyə namizəd İlham Əliyev səsvermədə iştirak edənlərin 85.7 faizinin səsini toplayıb. Qalan səslər digər 6 namizədin arasında bölünüb. /ANS PRESS/

    Cənab İlham Heydər oğlü Əliyevi Təbrik Edirik! Xalqımıza, dövlətimizə ədalətli hökümdar olub, Azərbaycanımızın çiçəklənməsində ona uğrlar arzu edirik!
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  5. #5
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485
    Bu seckilerin yeri yoxdu cunku men esgerlikdeyem seckilerde saxtakarliq edirler butun esgerlerin sesini mecbur ogradilar 4cu sexsin ilham eliyevin adinin qabaginda X cekib dediler ki atin qutuya bu qeder saxtakarlix olmaz!! kimse inanmayacaq inanmasin men onsuzda ilham eliyeve ses verecekdim amma 1 ci sefer idi ki ses verirdim ondada sesimin bele ogurlanmasi bu dovlete bagislamayacam birde hec vaxt ses vermeyecem ... ..
    Nese onsuzda 5-10 adam oxumamis bu yazinida pozarsiz yada hansisa quvveler ban eder bu sayti

  6. #6
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    Bir qədər əvvəl Heydər Əliyev adına Sarayda ikinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi keçirilib.

    Mərasimdən sonra Bakı buxtasında yaylım atəşi olub

    İnaqurasiya mərasiminin keçirildiyi Heydər Əliyev Sarayının ətrafında polis mühafizəsi gücləndirilmişdi. Bura yığışan polislər binanın mühafizəsinə xüsusi diqqət yetirirdi. Səhər saatlarında Saraya qonaqların axını başlanıb. Onların sırasında millət vəkilləri, hökumət rəsmiləri, diplomatik korpusların nümayəndələri, incəsənət ustaları, ziyalılar, həmçinin Gürcüstan prezidenti M.Saakaşvili, Türkiyə Baş nazirinin müavini Cəmil Çiçək, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev də olub.
    mənbə : ans presse












    İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub.1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına qəbul olunub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb.

    1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmışdır və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.İlham Əliyev suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

    İlham Əliyev, iki dəfə-1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.

    1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

    1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

    2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

    2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

    2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

    2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.
    Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

    Evlidir. Üç övladı var. /ANS PRESS/

  7. #7
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721





Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.