Pekin Olimpiyadasında yunan-roma güləşi üzrə keçirilən yarışlarda çıxış edən idmançılara yaraşmayan hərəkət edilib. Erməni yunan-roma güləşçisi Ara Abramyan qazandığı bürünc medalı yerə tullayaraq yarışların keçirildiyi zalı söyə-söyə tərk edib və hakimi döyüb. 84 kiloqram çəki dərəcəsində İsveç komandasının tərkibində çıxış edən erməni əsilli Ara Abrahamyan boynundakı bürünc medalın lentini qırıb yerə tullayaraq: «Mən türklə bir pillədə dayanmaq niyyətində deyiləm» bəyanatını verərək, təltifetmə mərasimindən qaçıb və bununla da yüz minlərlə tamaşaçıya hörmətsizlik edib.

Reuters xəbər verir ki, həmin medal 20 dəqiqəyədək yerdə qalıb və çaş-baş içində olan İsveç komandasının məşqçiləri onu sonra götürüb utana-utana zaldan çıxıblar. Sonradan zalda əyləşən on minlərlə tamaşaçı və milyonlarla televiziya tamaşaçısına qarşı hörmətsizlik etdiyini başa düşən Abrahamyan «italyanla görüşdə hakimlər mənə qarşı ədalətsizlik etdilər» deyib. Ona görə üzr istəyən erməni idmançı italyanla görüşdən sonra hakimə əl qaldırmasına görə üzrxahlıq eləməyi «unudub».

mənbə : /ANS PRESS/