10 sonuçtan 1 ile 10 arası

Azərbaycanın milli peyki "Azərsat" kosmosda

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Azərbaycanın milli peyki "Azərsat" kosmosda

    Yaxın illərdə Azərbaycan teleradio kanallarını xarici ölkələrdə maneəsiz izləmək mümkün olacaq. Buna Azərbaycanın milli peyki imkan verəcək. Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu layihə üzərində işləyir. Kosmosa buraxılacaq ilk milli peykin adı isə «Azərsat» olacaq. Peyk artıq orbitə qaldırılmaq üçün vacib olan 3 mərhələdən birini keçib. Hər şey yaxşı olsa, yaxın 2-3 ildə ölkəmiz geostasionar orbitdə öz mövqeyinə sahib olacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yeni texnologiyalar şöbəsinin rəisi Məzahim Quliyev ANS-ə müsahibəsində bildirib ki, mart ayının 20-də brifinq vasitəsilə Beynəlxalq Telekommunikasiya İttifaqına üzv olan 191 ölkəyə Azərbaycanın «Azərsat» peyki haqda ilkin informasiya yayılıb. İkinci mərhələ koordinasiyadır. Yəni Azərbaycanın milli peyki haqda məlumatlar beynəlxalq telekommunikasiya ittifaqına üzv olan ölkələrə çatdırılır və həmin ölkələrdə fəaliyyət göstərən peyk operatorları bu məsələyə münasibətlərini açıqlayırlar. Bu mərhələ milli peykin digər ölkələrin peyklərinə maneçilik yaratmadan fəaliyyət göstərə bilməsi və informasiya yayımının keyfiyyətli olması üçündür. Onun sözlərinə görə, ölkəmizin bu mərhələdən keçməsi isə 6 aydan tez baş tutmayacaq. Nəhayət 3-cü mərhələdə «Azərsat» beynəlxalq tezliklər reyestərində qeydiyyatdan keçməli və ona hüquqi status verilməlidir. Bu proses isə təxminən 2009-cu ilin sonu, 2010-cu ilin əvvəllərində yekunlaşacaq. Qeyd edək ki, Azərbaycan beynəlxalq telekommunikasiya ittifaqının 7-57 dərəcəli şərq en dairəsindəki orbital mövqeyə iddialıdır. Geostasionar orbitdə mövqenin əldə edilməsi hesabına digər ölkələrdə də Azərbaycanın televiziya və radio kanallarını maneəsiz izləmək mümkün olacaq. Bundan başqa milli peyk müxtəlif məlumatların ötürülməsi, korporativ internet şəbəkəsindən istifadə, multimedia işlərinin həyata keçirilməsi, eləcə də fövqəladə hadisələrdən əvvəlcədən xəbər tutmağa imkan verəcək. Peykin orbitə çıxarılması Azərbaycan hökümətinə təxminən 120-130 milyon dollara başa gələcək. Bu vəsaitin əsas hissəsi peykin hazırlanmasına gedəcək. Milli peykin yerdən 36 min kilometr məsafədə yerləşən orbitə qaldırılması üçün raketin hazırlanmasına 35-40 milyon dollar, peykin sığortalanması və bu peyki idarə etmək üçün ölkəmizdə yerüstü idarəetmə sisteminin yaradılmasına isə təxminən 15-20 milyon dollar vəsait xərclənəcək.


  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    İsTaNbUl//TüRkİyE
    Mesajlar
    2.922
    BU ÇOK GÜZEL Bİ HABER BİLGİ İÇİN TEŞEKKÜRLER FİDAN


  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Demeli 2010-cu ilde çanaqları Azərsata çevireceyiq!
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Aug 2007
    Yer
    istanbul
    Mesajlar
    1.141
    evettttttttt yeshu abi
    DeLinse yer;çökse gök;yansa küL oLsa dört yan
    Yüce diLeğe doğru yine yürürüz yayan
    YıLdırımdan,tipiden,kasırgadan yıLmayan;
    ÖLümLerLe eğLenen tunç yürekLi TüRKLeRiZz

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Azer satin olmagi yaxsi oldu.Amma 2008-de olsaydi lap ela olardi!

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) Azərbaycana süni peyk üçün orbitdə yerin ayrılması məsələsinə gələn ilin I yarısında baxacaq. İTU artıq gələn ilin ilk yarısında planlı orbital mövqenin ayrılması məsələsinə baxacağı ilk beş ölkənin siyahısına Azərbaycanı da daxil etdiyini açıqlayıb.
    Yerin ayrılması üçün Azərbaycan artıq İTU-ya tələb olunan məlumatları təqdim edib. Azərbaycan İTU-ya planlı orbital yerin ayrılması üçün 2006-cı ildə müraciət edib.
    Orbitdə Azərbaycana yer ayrıldıqdan sonra hökumətin qərarı ilə bu işin təşkili üçün maliyyə vəsaiti ayrılmalı, daha sonra isə peykin istehsalı və buraxılması məsələsinə baxılmalıdır. Dünyada bu layihənin icrası təxminən 100-160 mln. ABŞ dollarına başa gəlir. Azərbaycan isə peykin hazırlanmasına sərf olunan maliyyə vəsaiti, eyni zamanda peykin dövlət və ya özəl investorların hesabına buraxılıb-buraxılmamasını hələ müəyyənləşdirməyib.
    Q.Abdullayev deyib ki, bu il Azərbaycan İTU-ya təqdim etdiyi müraciətində peykin hansı ərazilərdə yayımlanmaq istədiyini açıqlayıb. Həmin ərazilər Azərbaycan, qonşu dövlətlər və Avropa ölkələridir. Azərbaycan peyki Avropanı tam əhatə edərsə, Azərbaycan Avropa-Asiya kanallarının yayımında tranzit ölkə kimi iştirak edə bilər.
    Qeyd edək ki, hazırda dünyada 25-30 ölkənin öz peyki var. Azərbaycanın milli peyki olmadığı üçün o, indi müxtəlif peyklərdən istifadə edir və buna görə vəsait ödəyir. Azərbaycan peykinin olması ölkədə keyfiyyətli və etibarlı rabitə əlaqəsinin yaradılmasına, televiziya yayımının yaxşılaşmasına, kanalların sayının artmasına imkan yaradacaq. Peykimiz olandan sonra Azərbaycanın bütün mövcud televiziya kanalları, hətta bölgələrdə olan kiçik televiziyalar da peyklə bütün Azərbaycana, hətta Avropaya yayımlana bilər.

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    bu lahiye Azerbaycanin uguru demekdir

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    sebirsizlikle AZERSATIN acilmagin gozdeyirem

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

  10. #10
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485
    SAGOL AZTV

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.