Sayfa 1/5 123 ... SonSon
42 sonuçtan 1 ile 10 arası

Türkiyə Xəbərləri

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    Türkiyə Xəbərləri

    HOLLANDİYADA TÜRKİYƏNİ DƏSTƏKLƏYƏN YÜRÜŞ-MİTİNQ KEÇİRİLMİŞDİR

    AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Hollandiyadakı türk və Azərbaycan diasporları oktyabrın 28-də ölkənin Utrec şəhərində kürd separatçılarına qarşı Türkiyənin əməliyyatlarını dəstəkləyən yürüş-mitinq keçirilmişlər.

    Şəhərin Mariaplaats meydanına toplaşmış 50 mindən artıq mitinq iştirakçısı əsas küçələrdən keçərək dövlət informasiya agentliyinin mərkəzi ofisi qarşısına gəlmiş və burada etiraz aksiyasını davam etdirmişdir.

    Hollandiyadakı “Türk tələbələri” cəmiyyətinin Erkin təşkilatının təşəbbüsü ilə keçirilmiş mitinqə Hollandiyadakı Azərbaycan Türk Kültür Dərnəyinin və Benilüks Azərbaycanlıları Konqresinin fəalları, bu ölkədə yaşayan türklər və azərbaycanlılar, Almaniyadan gəlmiş çox sayda türklər və İraq türkmənləri qoşulmuşlar. Mitinq iştirakçıları dünya ictimaiyyəti tərəfindən terrorçu təşkilat kimi tanınmış PKK-nın törətdiyi cinayətlərdən danışmış, son zamanlar kürd separatçılarının onlarla dinc əhalinin ölümünə səbəb olmuş terror aktlarını pisləmiş və terrorçu təşkilata qarşı Turkiyənin apardığı hərbi əməliyyatları dəstəklədiklərini bildirmişlər.

    Mitinqdə “Hər şey vətən üçün!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Hamımız əsgərik, PKK-ya yenimərik!”, “Dağlıq Qarabağ Azərbaycanındır və Azərbaycanın da olacaq!”, “Xocalı qatillərə məzar olacaq!”, “Türkiyə PKK-ya məzar olacaq!” və digər şüarlar səslənmişdir.

    Türkiyənin, Azərbaycanın və İraq türkmənlərinin bayraqlarının dalğalandığı mitinq-yürüş sakit şəraitdə başa çatmışdır.

    Hollandiyanın onlarla mətbuat orqanında mitinq barədə yazılar dərc edilmişdir.

    Azertag
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Türkiyə Şimali İraqla bağlı yardım istəmir

    Türkiyənin İraqın şimalında terrorçu PKK təşkilatına qarşı apardığı mübarizədə Azərbaycanın rəsmi Ankaraya hər hansı formada yardım göstərməsinə zərurət yoxdur. Belə bir açıqlama ilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu çıxış edib.

    Səfir bildirib ki, Azərbaycan parlamentarilərinin belə bir təşəbbüslə çıxış etməsi sevindirici hal olsa da ölkəsi üzərinə düşən vəzifəni yerinə yetirməyə qadirdir: "Orada nə lazımdırsa, özümüz edirik. Belə bir təşəbbüsün irəli sürülməsindən məlumatsızam".
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Moskvada Türkiyə vətəndaşı öldürülüb

    «Yeni AST» adlanan bazarın ərazisində baş verən atışma nəticəsində daha 3 türk vətəndaşı yaralanıb.

    Rusiyanını paytaxtı Moskvada Türkiyə vətəndaşı öldürülüb. Bu barədə məlumat yerli hüququ mühafizə orqanlarından verilib.

    İnsident Şimal bulvarında yerləşən «Yeni AST» bazarı ərazisində baş verib. Üç naməlum şəxs «Omeqa sistem» adlanan müəssisəyə girərək atəş açmağa başlayıblar. Atışma nəticəsində daha 3 türk vətəndaşı yaralanıb.

    Faktla əlaqədar cinayət işi açılıb.

    ANS PRESS
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    EHUT OLMERT ƏRDOĞANDAN ÜZR İSTƏDİ

    İsrail Baş Naziri Ehut Olmert, İsrail hərbi təyyarələrinin sentyabr ayının 6-da Suriya ərazisində keçirdiyi əməliyyat zamanı Türkiyə sərhədlərini də pozaraq nəticədə, təyyarələrdən neft daşıyan çənlərin Türkiyənin bəzi bölgələrinə düşməsinə səbəb olmuşdur. Bu hadisə ilə bağlı Türkiyə hökuməti İsrail nümayəndələrindən açıqlama tələb etmişlər. Verilən xəbərlərə görə oktyabrın 23-də Londonda Olmert cənab Ərdoğanla görüşü zamanı, dəymiş ziyan səbəbi ilə, İsrail hökuməti adından Türk xalqından və hökumətindən üzr istədiyi bildirilmişdir.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    4500 TÜRK VƏTƏNDAŞI KÖNÜLLÜ HƏRBİ XİDMƏTƏ GETMƏK ÜÇÜN MÜRACİƏT ETMİŞDİR

    Xatırladaq ki, onlardan 350 nəfəri qadınlardır

    Türkiyədə baş verən son terror hadisələrindən sonra, bir çox əyalətlərdə etiraz dalğaları başlamışdır. Bu arada əhali arasında könüllü hərbi xidmətə getmək üçün hərbi komisarlığa müraciət edənlərin sayının artdığı bildirilir. Belə ki, son günlərdə PKK terror təşkilatı ilə döyüşmək 4500 vətəndaş müraciət etmişdir. Bunlardan 350-si qadınlardan ibarət olmuşdur. Bu ay ərzində türkiyədə şəhid olanların sayı 22 nəfər olmuşdur. Bu hadisə əhali arasında PKK-ya qarşı hiddətin artmasına səbəb olmuşdur. Xatırladaq ki, könüllü hərbi xidmətə getmək istəyənlərin 1200 nəfəri əvvəllər hərbi xidmətdə olmuş vətəndaşlar təşkil edir.

    Haberturk
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Ünlü Tiyatrocular Kepez'e Geliyor

    Kepez Belediyesi Tiyatro Topluluğu'nun Yetiştirdiği Oyuncuların Sahnelediği "Yedi Kocalı Hürmüz" Komedi-müzikal Oyununun Galası, Ünlü Tiyatro Oyuncuları ve Azerbaycan Lenkeran Devlet Tiyatrosu Ekibinin Katılımıyla 6 Kasım'da Akm'de Yapılacak.

    Kepez Belediyesi Tiyatro Topluluğu'nun galası, Azerbaycanlı tiyatrocuları da ağırlayacak. Azerbaycan Lenkeran Devlet Tiyatrosu'nun 16 sanatçısı ve Azerbaycan Kültür Bakanlığı Güzel Sanatlar Genel Müdürü Ali Gısmet Lalayev de "Yedi Kocalı Hürmüz" oyununu izleyecek.

    İhlas Haber Ajansı
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    İqdırda hava limanının tikintisinə başlanır

    İqdırda hava limanının tikintisinə başlanır

    2008-ci ilin may ayından başlayaraq, Azərbaycan-Türkiyə sərhədində yerləşən İqdır əyalətində tikintisi 12 il bundan əvvəl təxirə salınmış hava limanının tikintisinə yenidən başlanacaq. "Hava limanının inşa edilməsi həm İqdırın iqtisadiyyatına, həm də Azərbaycan-Türkiyə münasibətlərinə müsbət təsir göstərəcək" - deyə İqdır bələdiyyəsinin rəhbəri Nürəddin Aras bildirib.

    Azərbaycan türklərinin yaşadığı İqdır əyalətində hava limanının tikintisinə 1995-ci ildə başlanıb, lakin limanın tikintisi vəsait çatışmazlığı səbəbindən təxirə salınıb. Nürəddin Arasın verdiyi məlumata görə, Azərbaycana ötən ilki səfəri zamanı prezident İlham Əliyevlə görüşündə prezidentdən hava limanının tikintisinin bərpasına yardım etməyi xahiş edib. Azərbaycan dövlət başçısı ilə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan arasında aparılan danışıqlarından sonra İqdırda hava limanın tikintisinə vəsait ayırmaq barədə qərar qəbul olunub: "Azərbaycan prezidentinin köməyi öz müsbət təsirini göstərib və artıq gələn ildən hava limanın tikintisinə başlanacaq".

    Bələdiyyə başçısı həmçinin bildirib ki, iqdırlılar Türkiyənin qonşu əyalətlərinin, Qars, Ərzurum və ya Aqranın hava limanlarından istifadə edirlər. Bakıya uçuş isə yalnız Naxçıvan vasitəsilə mümkündür: "İqdırda hava limanın tikilməsi nəticəsində yola az vaxt sərf olunacaq ki, bu da sahibkarlar üçün çox vacibdir və eyni zamana iqtisadiyyatın da inkişafına səbəb olacaq". N.Arasın sözlərinə görə, hava limanının tikintisi Bakı və Gəncəyə birbaşa aviareyslər həyata keçirməyə imkan verəcək və ticarət dövriyyəsinin artımına səbəb olacaq.

    525-ci Qazət / İ.QASIMLI, İqdır
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    İspanya, Türkiye'nin AB üyeliğine sıcak

    İspanya, Türkiye'nin AB üyeliğine sıcak

    İspanya'da yapılan bir araştırma, İspanyolların yüzde 56'sının Türkiye'nin AB üyeliğine olumlu baktığını ortaya koydu.

    İspanyol halkı, parlamenterleri ve iş adamlarının görüşlerinin sorulduğu ankette, Türkiye ile ilgili bölümde, gerek İspanyol halkı, gerekse İspanyol parlamenterleri, gelecekte Türkiye'nin AB üyeliğini savunurken, parlamenterlerin sadece yüzde 25'i Türkiye'nin AB'ye girişini "tehdit" olarak yorumladı. İspanyol iş adamlarında ise bu oran yüzde 35'e kadar çıktı.

    AB Haber / Brüksel
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    Türkiye: Erdal İnönü Vefat Etti

    ERDAL İNÖNÜ VEFAT ETTİ

    ABD'de kanser tedavisi gören Erdal İnönü hayatını kaybetti

    SHP Onursal Başkanı Prof. Dr. Erdal İnönü (81), tedavi gördüğü ABD'nin Huston kentinde yaşamını yitirdi.

    Eski Başbakan Yardımcılarından, 2. Cumhurbaşkanı İsmet İnönü’nün oğlu Prof. Dr. Erdal İnönü, tedavi gördüğü ABD’nin Houston kentinde, 81 yaşında hayatını kaybetti.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    8 ayda Türkiyə Azərbaycan neftinin əsas alıcısı olub

    8 ayda Türkiyə Azərbaycan neftinin əsas alıcısı olub


    2007-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ixrac edilən neftin 29,5%- i Türkiyənin payına, 20,5%-i İtaliyanın payına düşüb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir. Azərbaycanda istehsal edilən dizel yanacağının əsas alıcısı İran olub. O, bu neft məhsulunun 35%- ni satın alıb. Sonrakı yerləri Türkiyə (15%), İtaliya (8%), Gürcüstan (8,7%) və s. ölkələr tutub. Kerosin isə əsasən İtaliya tərəfindən satınalınıb: bu neft məhsulunun elə 45%-i bu ölkənin payına düşüb.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

Sayfa 1/5 123 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.