Sayfa 461/461 İlkİlk ... 361411451459460461
4610 sonuçtan 4.601 ile 4.610 arası

Azərbaycan Xəbərləri

1. #4601
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mənsum İbrahimov İzmir Simfonik Orkestrinin müşayiəti ilə konsert verəcək

[b]Mənsum İbrahimov İzmir Simfonik Orkestrinin müşayiəti ilə konsert verəcək[b]

Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Mənsum İbrahimov Türkiyənin İzmir şəhərində konsert verəcək. Bu barədə APA-ya məlumat verən M.İbrahimov bununla bağlı noyabrın 25-29-da Tyürkiyəyə səfər edəcəyini bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində noyabrın 28-də İzmir Mədəniyyət Sarayında İzmir Simfonik Orkestrin iştirakı ilə Niyazinin «Rast» muğamını ifa edəcək. M.İbrahimovu musiqiçiləri Elçin Həşimov və Elnur Əhmədov müşayiət edəcək. Konsertdə İzmir Simfonik Orkestrini azərbaycanlı dirijor Yalçın Adıgözəlov idarə edəcək.

2. #4602
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

72 yaşlı Gəncə sakini bədbəxt hadisənin qurbanı olub

[b]72 yaşlı Gəncə sakini bədbəxt hadisənin qurbanı olub[b]

Gəncə Nəzakət Məşədiəliqızı - APA. Bu gün səhər saatlarında Gəncə şəhərinin mərkəzində bədbəxt hadisə baş verib. Gəncə şəhər Prokurorluğunun müstəntiqi Arzuman Bədəlov APA-nın qərb bürosuna bildirib ki, liftin Xətai prospekti 149, mənzil 119 ünvanında yaşayan 72 yaşlı Şəmistan İbrahim oğlu İbrahimovun üstünə düşməsi nəticəsində o dünyasını dəyişib. İlkin ehtimallara görə, Ş. İbrahimov ehtiyatsızlıq edərək, 1-ci mərtəbədə şaxtanın qapısını aralayıb, baxmaq istəyərkən yuxarıdan gələn lift onu başından vurub. Müstəntiq liftdə nasazlıq olub-olmadığını müəyyənləşdirmək üçün ekspert dəvət olunduğunu bildirib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

3. #4603
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Şəmkirdə baş verən yol qəzasında iki nəfər ölüb

[b]Şəmkirdə baş verən yol qəzasında iki nəfər ölüb[b]

Bakı - APA. Şəmkir rayonunun Dəllər şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Şəmkir rayon Təzəkənd kənd sakini Aslan Verdiyevin idarə etdiyi "KamAZ" markalı və Düyərli kənd sakini Şahlar Süleymanovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar Dəllər şəhərində toqquşub. Nəticədə Ş. Süleymanov və sərnişini, Zəyəm qəsəbə sakini Anar Abdullayev hadisə yerində ölüblər. Şəmkir RPŞ tərəfindən araşdırmalar aparılır.

4. #4604
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Xabarovskda naməlum şəxs bağça uşaqlarını girov götürüb

[b]Xabarovskda naməlum şəxs bağça uşaqlarını girov götürüb[b]

Bakı - APA. Rusiyanın Xabarovsk şəhərində naməlum şəxs kar və zəif eşidən uşaqlar üçün olan «Verboton» bağçasında tərbiyə alan uşaqları girov götürüb. APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, uşaq bağçasını partladağı ilə hədələyən həmin şəxs Xabarovsk diyarının qubernatoru ilə görüşmək istəyib. Lakin hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı zərərsizləşdirə biliblər. Girov götürülən bütün uşaqlar azad edilib, xəsarət alan olmayıb. İlkin dindirmə zamanı saxlanılan şəxs onun naməlum şəxslər tərəfindən izləndiyini və hədələndiyini bildirib. Yaxın vaxtlarda cinayətkar psixoloji ekspertizadan keçəcək.

5. #4605
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiyanın 4 telekanalının Ukrayna ərazisində yayımı dayandırılıb

[b]Rusiyanın 4 telekanalının Ukrayna ərazisində yayımı dayandırılıb[b]

Kiyev - APA. Ukraynanın iri kabel televiziya operatoru noyabrın 1-dən Rusiyanın 4 telekanalının ölkə ərazisində yayımını dayandırıb.

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, Kiyevdə abunəçilərin 80%-nə xidmət göstərən "Volya" şirkətindən bildirilib ki, Rusiyanın "Pervıy", "Rossiya", TV Stentr və Ren TV telekanallarının yayımı bu gündən dayandırılıb. Kanalların yayımı dayandırılarkən Ukrayna Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərar əsas götürülüb. Belə ki, Milli Teleradio Şurası verilişləri Ukrayna dilinə tərcümə olunmayan əcnəbi telekanalların yayımının noyabrın 1-dən dayandırılması barədə qərar çıxarıb. Məsələyə münasibət bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov telekanalların Ukrayna ərazisində yayımının bərpasına nail olacaqlarını bildirib: "Biz Ukraynada yaşayan rusdilli əhalinin hüquqlarının pozulmaması üçün lazımi addımları atacağıq".

6. #4606
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın futbol hakimlərindən test-normativlər götürülüb

[b]Azərbaycanın futbol hakimlərindən test-normativlər götürülüb[b]

Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycanın futbol hakimləri növbəti dəfə test-normativ veriblər. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən "APA-SPORT"a verilən məlumata görə, bu gün Hakimlər Komitəsi tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən imtahanın nəticələri qənaətbəxş olub.Belə ki, bütün referilər tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Fuad Həsənov, Əliyar Ağayev, Tahir Əhmədov, Rauf Cabbarov, Tağı Məmmədov, Zeynal Zeynalov və Knyaz Əmiraslanov isə 12 dəqiqə ərzində 3000 metrdən artıq məsafəni qət etməklə, digər həmkarlarından fərqləniblər. Sabah hakim köməkçilərindən test-normativlər götürüləcək.

7. #4607
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Serqey Lavrov: "İran Qafqazda təhlükəsizlik zonasının yaradılması ilə bağlı Rusiyaya hər hansı təklif verməyib"

[b]Serqey Lavrov: "İran Qafqazda təhlükəsizlik zonasının yaradılması ilə bağlı Rusiyaya hər hansı təklif verməyib"[b]

Bakı. Laçın Sultanova - APA. İran Qafqazda təhlükəsizlik zonasının yaradılması ilə bağlı Rusiyaya hər hansı təklif verməyib. APA-nın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Qafqaz mövzusunun müxtəlif formatlarda müzakirə olunduğunu deyən nazir xatırladıb ki, Türkiyə Qafqazda Stabillik və Əməkdaşlıq Platforması yaratmaq təşəbbüsü ilə çıxış edib: "İran da bu mövzuda diskussiyalara qatılmaq istəyir. Bu barədə mən iranlı həmkarım Möttaki ilə danışmışam. Amma İran tərəfdən hansısa təşəbbüs barədə sənəd almamışıq".

8. #4608
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında məktəblilərin kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb

[b]Azərbaycan paytaxtında məktəblilərin kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb[b]

Bakı. Hafiz Heydərov - APA. "Xətai rayonu Şirvani küçəsi, 9 saylı binanın 74 saylı mənzilində yaşayan, 1974-cü il təvəllüdlü Əliyeva Hicran Müseyib qızı oktyabrın 30-da yaşadığı binanın qarşısındakı ərzaq məhsulları mağazasının satıcısı İmanov Vüqar Şükür oğlundan içərisində 24 ədəd "Bonjur" biskvit şirniyyat məhsulu olan 1 ədəd bağlama alıb və oktyabrın 31-də doğum günü münasibətilə qızı Rəhimə Əliyevanın təhsil aldığı Bakı şəhəri Xətai rayonun Sarayevo küçəsində yerləşən 95 saylı orta məktəbin 5 c sinfinin şagirdlərinə paylayıb.

Təxminən 20-30 dəqiqə sonra qidanı qəbul etmiş 24 şagirddən 10-da ürəkbulanma, qusma halları baş verdiyindən onlar təcili olaraq Nizami rayonu ərazisində yerləşən 1 saylı Uşaq Yoluxucu Xəstəxanasına aparılıb. Şagirdlərdən biri ilkin tibbi yardımdan sonra vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb, qalan 9 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir". Bu sözləri APA-nın sorğusuna cavab olaraq, Bakı Şəhər prokurorunun köməkçisi Ramiz Rzayev deyib. Hazırda onların sağlıq durumunun normal olduğunu qeyd edən R. Rzayev zəhərləmənin səbəblərinə də toxunub: "Xəstəxanada həkimlər tərəfindən şagirdlər müayinə edildikdən sonra onlara konkret olaraq zəhərlənmə diaqnozu qoyulub və müalicə hazırda həmin təyinat üzrə davam etdirilir. Şagirdlərin zəhərlənməsinə biskvit məhsulunun səbəb olduğu ehtimal edilir. Odur ki, qeyd edilən məhsulların müqayisəli tədqiqatı üçün satış yerlərindən həmin ərzaq məhsullarının nümunələri götürülərək laboratoriya müayinəsinə göndərilib".Satıcı Vüqar İmanovun təhqiqata verdiyi izahatında həmən məhsulları Ukraynada istehsal edilən biskvit məhsullarının satışı ilə məşğul olan "Koroğlu firmasından" aldığını bildirdiyini deyən R. Rzayev faktla bağlı 31.10.2008-ci il tarixdə Xətai rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 200.4-cü (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlandığını, istintaq aparıldığını qeyd edib.

9. #4609
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti Rusiyaya səfərə gedib

[b]Azərbaycan prezidenti Rusiyaya səfərə gedib[b]

Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Moskvaya səfərə yola düşüb. APA-nın xəbərinə görə, prezidenti Heydər Əliyev Beynəlxalq Hava Limanında baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

10. #4610
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Barak Obama İranda rejimin azərbaycanlılara qarşı yürütdüyü siyasəti pisləyən bəyanatla çıxış edib

[b]Barak Obama İranda rejimin azərbaycanlılara qarşı yürütdüyü siyasəti pisləyən bəyanatla çıxış edib[b]

Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ prezidentliyinə namizəd, senator Barak Obama İranda rejimin azərbaycanlılara qarşı yürütdüyü siyasəti pisləyən bəyanatla çıxış edib.

Bu ölkədə yaşayan azərbaycanlıların ona ünvanladığı məktuba cavab olaraq, İranda etnik azərbaycanlıların əhalinin 1/3-ni təşkil etdiyini bildirən B. Obama Dövlət Departamentinin 2007-ci il üçün insan haqları ilə bağlı yaydığı hesabatda azərbaycanlıların etnik və dil diskriminasiyasına məruz qalmalarından şikayət etmələrinin əksini tapdığını xatırladıb: "Bu şikayətlərdə Azərbaycan dilinə qadağa qoyulması, milli fəalların təqib edilməsi və Azərbaycan toponimlərinin dəyişdirilməsi hallarına rast gəlinir".Prezidentliyə namizəd bundan sonra da yerli azərbaycanlıların vəziyyətini diqqətdə saxlayacağını, müvafiq qərarlar qəbul etdikdə ona bu məsələ ilə bağlı ünvanlanan müraciətləri nəzəri alacağını deyib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.