Sayfa 2/461 İlkİlk 12341252102 ... SonSon
4610 sonuçtan 11 ile 20 arası

Azərbaycan Xəbərləri

  1. #11
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Mövlana Cəlaləddin Ruminin 800 illiyi dünya miqyasında qeyd edilir

    “Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri” keçiriləcək

    “Gəl, gəl yenə gəl! Hər nə olursa olsun, yenə də gəl. İstər xristian, istər məcusi, istər bütpərəst ol. Bizim dərgahımız ümidsizlik dərgahı deyil. Tövbəni yüz kərə pozmuş olsan belə, yenə gəl”. Bu misralar Şərqin böyük mütəfəkkiri Mövlana Cəlaləddin Rumiyə məxsusdur. Bu böyük şəxsiyyətdən söz açmağımız səbəbsiz deyil. Bildiyiniz ki, YUNESKO 2007-ci ili “Dünyada Mövlana ili” kimi elan edib. Hazırda dünyanın bir çox ölkələrində bu istiqamətdə təntənəli tədbirlər və layihələr həyata keçirilməkdədir.
    Oktyabrın 21-25-dək bu böyük şair və mütəfəkkirin 800 illiyi münasibətilə “Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin, Konya Böyükşəhər Bələdiyyəsinin, Rəssamlar İttifaqının, Yazıçılar Birliyinin, Milli Elmlər Akademiyasının, o cümlədən “NAB Qrup”un təşkilatçılığı və dəstəyi ilə ölkənin bir sıra mədəniyyət ocaqlarında, teatrlarda, konsert salonlarında, habelə müxtəlif bölgələrdə bir neçə günlük silsilə tədbirlər keçiriləcək. Tədbirlərin əsas təşkilatçısı isə əməkdar incəsənət xadimi, professor Tofiq İsmayılovdur.
    “Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri” çərçivəsində Bakı İncəsənət və Müasir İncəsənət Mərkəzlərində İrandan və Türkiyədən dəvət olunan rəssamların işlərindən ibarət sərgilər təşkil olunacaq. Təntənəli açılış mərasimi Dövlət Filarmoniyasında baş tutacaq. Gecədə Mövlana ənənələrinə uyğun olaraq Konya Böyükşəhər Bələdiyyəsinin “Səma” qrupunun ifasında “Səma göstərişi” olacaq. Qeyd edək ki, ötən il “Asiya dialoqu” və Qafqaz Media Mərkəzinin dəvəti ilə ölkəmizə dəvət edilən və azərbaycanlı tamaşaçıların böyük marağına səbəb olan “Səma” qrupunun göstəriləri Azərbaycanın müxtəlif bölgələrində də təşkil ediləcək.
    Oktyabrın 24-də isə Musiqili Komediya Teatrında Mövlanaya həsr olunmuş şeir və musiqi gecəsi keçiriləcək. İki hissədən ibarət olacaq gecədə Azərbaycan aktyorları Cəlaləddin Ruminin məşhur “Məsnəvi”sindən nümunələr əsasında hazırlanan “Mövlana və yaşayan poeziya” adlı şeir kompozisiyası ilə çıxış edəcəklər. Tədbirdə Konyadan və İrandan gəlmiş ney ustalarının və digər musiqiçilərin ifaları səslənəcək.
    Layihə çərçivəsində müxtəlif ölkələrdən gələcək elm adamlarının qatılacağı simpozium təşkil ediləcək və Akademik Opera və Balet Teatrında İrandan gələcək xoreoqrafiya qrupunun “Oyanan eşq” adlı kompozisiyası nümayiş olunacaq.

    Yeni AzMövlana Cəlaləddin Ruminin 800 illiyi dünya miqyasında qeyd edilir

    Yeni Azərbaycan
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  2. #12
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    2008-ci ildə Azərbaycanı da “Eurovision” müsabiqəsində görəcəyik

    Dünən müsabiqədə ölkəmizi təmsil edəcək müğənnini müəyyənləşdirmək üçün ilk seçim turu keçirilib

    “Biz sözümüzün üstündə durduq və Azərbaycanın “Eurovision” müsabiqəsində iştirakı üçün hazırlıqlara başladıq”. Bu sözləri APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin keçirdiyi ilk seçim turunun arxada qaldığını bildirib: “Amma bunun nəticələri barədə bir söz deyə bilmərəm. Yəqin ki, 2008-ci ildə Azərbaycanı “Eurovision” müsabiqəsində görəcəyik”.

    Bu arada dünən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 2008-ci ildə keçiriləcək “Evrovision” müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün keçirilən ikigünlük seçim turunun I mərhələsi başa çatıb. II turun bir həftə sonra keçirilməsi gözlənilir. I turda 30 müğənninin ifası dinlənilsə də, nəticələr hələlik məlum deyil. Sənətçi Röya isə müsabiqənin seçim turunda iştirakdan imtina edib. İradə İbrahimovanın da seçim turunda iştirak etmək istəmədiyi deyilir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi ilk seçim turu qapalı keçirilib. 13 nəfərlik münsiflər heyətində Gənclər və idman naziri Azad Rəhimov, professor Nərgiz Paşayeva, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov, bəstəkarlar Vaqif Gərayzadə, Faiq Sücəddinov, xalq artisti Təranə Muradova, Teymur Əmrah, “Evrovision” müsabiqəsinin təşkilat komitəsinin nümayəndəsi təmsil olunub. Müsabiqədə iştirak edəcək sənətçilər sırasında Samir Bağırov, İlhamə Qasımova, Ayaz Qasımov, Samirə, Nurlan Növrəsli, Xəyyam, Elton Hüseynəliyev, “Rast” qrupu, Elnarə və başqaları var. Münsiflər heyətinin üzvü Teymur Əmrahın bildirdiyinə görə, iştirakçılardan daha çox Emil Əliyevin ifasını bəyənib: “Emil Əliyevin musiqi təhsili yoxdur, onu hələ Azərbaycan cəmiyyətində heç kim tanımır. Amma onun belə nüfuzlu müsabiqədə iştirakı üçün arıqlaması lazımdır”.

    Yeni Az

  3. #13
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    İranda azərbaycandilli jurnal qapadıldı

    İran höküməti Güney azərbaycanlılara qarşı mədəni soyqırım siyasətini davam etdirir. Belə ki, İran mənbələrindən "QayNar"a daxil olan məlumata görə, iki gün əvvəl Güneydə Azərbaycan dilində dərc olunan "Dilmanc" dərgisi heç bir qanuni səbəb göstərilmədən, hər hansı məhkəmə qərarı olmadan qapadılıb.
    Adı çəkilən jurnalın Güney Azərbaycan ədəbiyyatına, mədəniyyətinə peşəkar yanaşması və təbliğ etməsi fars şovinistlərinin qəzəbinə gəldiyi deyilir.

    QayNar
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  4. #14
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

    Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı öz müraciətində həmvətənlərimizə ən xoş arzularını çatdırıb:

    “Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Dünya müsəlmanlarının müqəddəs kitabı Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları xeyirxah niyyətlər naminə birliyə dəvət edir, onlara əxlaqi saflığın və zənginliyin, cismani-ruhi kamilliyin fərəhini yaşadır, mənəvi ucalığın nəfs üzərində qələbə təntənəsini nümayiş etdirir. Xalqımız tarixi boyu həmişə Uca Tanrıya tapınıb, milli köklərinə, dini-mənəvi ənənələrinə daim sadiq olub. Müstəqillik illərində mütərəqqi islami dəyərlərə qayıdış cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişinə, xalqımızın bütövlüyü və birliyinə xidmət göstərib. Azərbaycan övladlarının yüksək vətənpərvərliyi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi uğrunda sarsılmaz mübarizə əzmi də məhz belə milli-mənəvi dəyərlərə sadiqliyin nümunəsidir. Öz canlarını ölkəmizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda qurban vermiş Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini bu mübarək bayram günlərində bir daha böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm”.

    525-qazət
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  5. #15
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Türkiyədən Azərbaycana növbəti dəstək

    RƏCƏB TAYYİB ƏRDOĞAN: "QARABAĞ PROBLEMİ HƏLL OLUNMADAN ERMƏNİSTANLA SƏRHƏDLƏRİ AÇMAĞIMIZ MÜMKÜN DEYİL"

    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan Ermənistanla sərhədləri açmağın mümkünsüzlüyünü bir daha bəyan edib. APA-nın xəbərinə görə, R.Ərdoğan bunu "CNN Türk" telekanalına müsahibəsində deyib. Ermənistanla əlaqələrin inkişafı və bu kontekstdə sərhədləri açmağı düşünüb-düşünmədikləri haqda sualı baş nazir belə cavablandırıb: "Yuxarı Qarabağ olayı var. Söhbət Ermənistanın işğalından gedir. Bunun işğal olduğunu artıq hər kəs etiraf edir və Ermənistanın oradan çəkilməsi tələb olunur. Bu istiqamətdə hansısa addım atılmadan bizim sərhədləri açmağımız azərbaycanlıları incidər". R.Ərdoğan Türkiyə ilə Azərbaycanın qardaşlıq əlaqələri ilə yanaşı, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars və digər layihələr üzrə əməkdaşlıq etdiyini və strateji tərəfdaş olduğunu bildirib.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  6. #16
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəb axtarılır
    Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin Sumqayıtda keçirdikləri birgə əməliyyatın təfərrüatlarını öyrənmək mümkün olub. APA-nın hüquq-mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyi məlumata görə, MTN-nin və Sumqayıt Polis İdarəsinin əməkdaşlarının birgə əməliyyatları Azərbaycanda terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəb əsilli bir nəfərin axtarışı ilə bağlıdır.

    Axtarış əsasən, əhalinin sıx olduğu yerlərdə - avtovağzal, dayanacaqlar, bazarlarda aparılır. Artıq ərəb əsilli vətəndaşın şəkli əməliyyatçılara paylanıb. Onun tək olduğu ehtimal edilir. Hələlik həmin şəxsin terror aktı törətməyə cəhd etdiyi obyektlərin adı açıqlanmır, məram və məqsədi məlum deyil. Əməliyyat oktyabrın 10-da saat 21.30-dan, hüquq-mühafizə orqanlarına məlumat daxil olduğu andan başlanıb. Eyni zamanda araşdırma aparılır, materiallar toplanması davam etdirilir. Hüquq-mühafizə orqanlarındakı mənbə terror aktı törətməkdə şübhəli bilinən şəxsin 17-ci mikrorayonda yerləşən "Ərəb məscidi" ilə bağlılığının yalnız əhali arasında yayılan şayiə olduğunu bildirib: "Görünür, məscidin adının xalq arasında "Ərəb məscidi" kimi tanınması belə şayiəyə səbəb olub". APA-nın hazırda Sumqayıtda olan əməkdaşı "Ərəb məscidi"nə baş çəkib. Məlum olub ki, məscid hazırda fəaliyyət göstərmir.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə APA-ya bildirilib ki, "Ərəb məscidi" bir neçə il əvvəl vəhhabiliyin təbliği ilə məşğul olduğu üçün fəaliyyəti dayandırılıb: "Bu məscid ərəblər tərəfindən inşa edilib. Hazırda bu məscid fəaliyyət göstərmir". Milli Təhlükəsizlik Nazirliyi əməliyyat barədə hələlik məlumat vermir.

    ədalət
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  7. #17
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    İstanbulda daşqın zamanı bir azərbaycanlı həlak olub

    Su basmış toxuculuq atelyesindən çıxarılmış Aydın İsmayılov gətirildiyi xəstəxanada vəfat edib. İstanbulda güclü yağışlardan sonra baş verən daşqınlar zamanı 3 nəfər ölüb, onlardan biri azərbaycanlı Aydın İsmayılovdur.

    İstanbulda çoxdan gözlənən yağış su daşqınlarıyla bərabər gəlib. Fəlakət nəticəsində 3 nəfərin də öldüyü bildirilib. Sel suları ev və iş yerlərinin su altında qalmasına və 550 yol qəzasına səbəb olub. Esenler məhəlləsində yerləşən toxuculuq atelyesini su basması nəticəsində 4 işçidən birini xilas etmək mümkün olmayıb. Yanğın söndürmə komandalarının həyata keçirdiyi xilas etmə əməliyyatı nəticəsində güclə də olsa çıxarılan Azərbaycan əsilli Aydın İsmayılov gətirildiyi xəstəxanada vəfat edib.

    ANS-PRESS (© 2007 Bütün hüquqlar qorunur)
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  8. #18
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub

    Azərbaycan Ordusunun əsgəri 1987-çi il təvəllüdlü Fərid Nofəl oğlu Məmmədov erməni silahlı qüvvələrinin aşdığı atəş nəticəsində başından ağır yaralanaraq vəfat edib. Əsgərin qohumu Ramiz Mehmanovun ANSPRESS-ə verdiyi məlumatına görə, mərhum bu gün doğulduğu Tərtər rayonunun Xoruzlu kəndində torpağa tapşırılıb.

    ANS-PRESS (© 2007 Bütün hüquqlar qorunur)
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  9. #19
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Azeri state oil company helicopter crashes killing six

    A helicopter belonging to the State Oil Company of Azerbaijan (SOCAR) crashed killing six people, SOCAR told Interfax.

    The helicopter fell into the sea shortly after taking off from the Hazar floating drilling rig, it said.

    The helicopter carried two passengers and four crewmembers.

    The helicopter had arrived at the drilling rig to collect a sick oilman from it, SOCAR said.

    BAKU / Interfax
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  10. #20
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    İstanbul'daki selde 1 Azerbaycanlı hayatını kaybetti

    Esenler'de, sağanak yağış nedeniyle önceki akşam su baskınına uğrayan tekstil atölyesinde 3 kişi, vatandaşların yardımıyla kurtarıldı. Azerbaycan uyruklu Aydın İsmailov ise boğularak öldü.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

Sayfa 2/461 İlkİlk 12341252102 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.