Qoruq müdiri Mikayıl Cabbarov türkiyəli yazarın ittihamlarına nə cavab verəcək?

İqtisadi inkişaf nazirinin sabiq müavini, hazırda Bakı İçərişəhər Dövlət Tarixi və Memarlıq Qoruğunun müdiri Mikayıl Cabbarov haqqında yayılan məlumatlara aydınlıq gətirəcək. Hazırda məzuniyyətdə olan Mikayıl Cabbarov “Qafqazinfo”ya bir neçə cümləlik açıqlama verib: “Məlum məqaləni oxumuşam və öz adımdan təkzib hazırlayıram. Günün axırına qədər yayılacaq. Hər bir təfərrüatı ilə...”.

Xatırladaq ki, Türkiyə mətbuatında Azərbaycanda yüksək vəzifə tutan məmurlardan birinin İstanbuldan Barselonaya uçan təyyarədə qalmaqal yaratması ilə bağlı köşə yazısı dərc olunmuşdu. Bu gün “Hürriyet” qəzetinin köşə yazarı Fatih Çekirge həmin məmurun adını açıqlayıb və həmin şəxsin Mikayıl Cabbarov olduğunu deyib.

Nigar Məmmədli