Həkimlərin və müəllimlərin qulluq statusu müəyyən edildikdən sonra onların əməkhaqları iki dəfəyədək qaldırıla bilər. Bunu jurnalistlərə cümə günü Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

“Ölkə başçısının göstərişinə əsasən, həkim və müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verilməsi istiqamətində hökumət artıq müvafiq sənədlər üzərində işləyir və bu qaydalar avqustun sonuna hazır olacaq”, - Quliyev bildirib. Onun sözlərinə görə, həkim və müəllimlərin statusu təxminən vergi və hüquq-mühafizə orqanlarında çalışanların statusuna bərabər olacaq.

Musa Quliyev bildirib ki, bundan sonra həkimlərin işəgötürmə prosesində də dəyişikliklər olacaq. ANSPRESS