2 sonuçtan 1 ile 2 arası

"Qarabağa müstəqillik verilməyəcək"

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    "Qarabağa müstəqillik verilməyəcək"

    “Ərazi bütövlüyümüz pozula bilməz Qarabağa müstəqillik verilməyəcək”


    Ali Hərbi Məktəbin müdavimlərinin buraxılış gecəsində İlham Əliyev və müdafiə naziri Səfər Əbiyev də iştirak ediblər.

    “13 ildir danışıqlar gedir və bu danışıqlar daha 13 il də davam edə bilməz”, - deyən Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəyini, ermənilərin bu gerçəyi anlamasını ilk növbədə özləri üçün faydalı olduğunu vurğulayıb.
    Heydər Əliyev adına Ali Hərbi Məktəbin müdavimlərinin buraxılışı ilə bağlı dünən keçirilən mərasimdə çıxış edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ərazilərimizin 20 faizinin hələ də işğal altında olduğunu xatrılardaraq, torpaqlarımızın azad edilməsi üçün silahlı qüvvələrimizin üzərinə şərəfli və məsul vəzifələrin düşdüyünü söyləyib. İlham Əliyev Dağlıq Qarabağla bağlı məsələyə də öz münasibətini bildirib. O deyib ki, beynəlxalq aləm Azərbaycanı mövcud sərhəddlər daxilində tanıyır və ərazi bütövlüyümüzü dəstəkləyir. Prezident: “Heç vaxt Azərbaycanın ərazi bütövlüyü pozula bilməz. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Dağlıq Qarabağ heç vaxt Ermənistana birləşdirilməyəcəkdir. Bunu Ermənistanda və Dağlıq Qarabağda nə qədər tez başa düşsələr onlar üçün bir o qədər də yaxşıdır”-deyib.
    Prezident, həmçinin digər bir mühüm məsələyə də toxunub. O, Dağlıq Qarabağ probleminin aradan qaldırılması üçün danışıqların davam etdirildiyini, ancaq qarşı tərəfin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi nəticəsində əldə hər hansı bir nəticə əldə edilmədiyini bildirib. O, danılşıqların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparıldığını, ancaq qarşı tərəfin bunu bilərəkdən təhrif etdiyini deyib. O: “13 ildir danışıqlar gedir, amma daha 13 il davam edə bilməz. Ermənistanın qeyri-konstruktiv mövqeyini bütün dünya görür”.
    Silahlı qüvvələr üçün böyük həcmdə silah-sursat alındığına diqqəti cəlb edən Ali Baş Komandan: buna paralel olaraq, Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradıldığını da öz sözlərinə əlavə edib. Onun sözlərinə görə, bu ilin sonuna kimi nazirliyin müəssisələrndə hərbi sursat istehsalına başlanacaq. Prezident Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdyini xüsusi vurğulayıb. O, deyib ki,hazırda Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır. İlham Əliyev: “Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələri icra etmişik. Biz nəqliyyat üçün tranzit ölkəyə çevrilmişik. Dünya Bankının hesablamalarına görə, növbəti 20 ildə Azərbaycana ancaq neft layihəsindən 200 milyard dollar vəsait gələcəkdir”-deyib.
    Prezidentin çıxışından sonra bayram münasibətilə hərbçilərin bir qrupuna yeni mənzillərin orderləri təqdim edilib, müdavimlərə isə diplomlar verilib. Mərasimin sonunda MİQ-24, MİQ-29, MİQ-28 və digər növ təyyarələrlə hərbçilər öz bacarıqlarını nümayiş etdiriblər. Mərasim hərbi keçidlə başa çatdırılıb.
    [
    Ya da
    [

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İSTANBUL-TÜRKİYE
    Mesajlar
    9

    SLM

    TÜRKİYE DEN KATILIYORUM FORUMUNUZA AMA SOYDAŞLARIMIZDAN DA HABER ALMAK ÇOK GÜZEL...EMEĞİNİZE SAĞLIK
    NE MUTLU TÜRKÜM DİYENE

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.