2 sonuçtan 1 ile 2 arası

Yatmış "div" yenə oyandı

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Yatmış "div" yenə oyandı











    "Reuters"ə istinadən bildirir ki, İslandiyanın cənub-şərqində yerləşən, Vatnayokull buzlağının şimal-qərb hissəsi ilə örtülmüş Qrimsvotn vulkanı oyanıb. Dünən vulkandan çıxan tüstü 20 km hündürlüyə qalxsa da, bu gün səhər saatlarında kül buludu 10-11 km səviyyəsinə enib.

    İslandiya Universitetinin geofiziki Maqnus Tumi Qudmundssonun dediyinə görə, axırıncı dəfə 2004-cü ildə püskürmüş Qrimsvotn üçün bu, son 100 il ərzində ən iri "oyanış"dır.

    "İslandiyanın cənub-şərq hissəsinin böyuk qismi göydən kül yağması nəticəsində zülmətə qərq olub. Amma kül ötən ildəki kimi sürətlə yayılmır. Külək Eyyafyatlayokyudl vulkanın püskürməsində olduğu təki, güclü deyil", - Qudmundsson deyib.

    Xatırladaq ki, 2010-cu ilin baharında İslandiyadakı Eyyafyatlayokyudl vulkanının püskürməsi Avropanın çox böyük qismində aviadaşımaların dayanmasına səbəb olmuşdu. Avropanın şimalına yayılmış nəhəng vulkanik kül buluduna görə aviaşirkətlər təyyarələrin mühərriklərində problemlərin yaranacağından qorxaraq uçuşları dayandırmışdılar. Ümumiyyətlə isə, həmin dövrdə dünya aviasiya bazarının 29 faizi "iflic" olmuşdu.

    Mütəxəssislər hesab edirlər ki, Qrimsvotnun püskürməsi Eyyafyatlayokyudl ilə müqayisədə xeyli böyük olsa da, aviadaşımalara ciddi problemlər yaratmayacaq.

    Belə ki, Eyyafyatlayokyudlun püskürməsi nəticəsində havaya çox kiçik toz hissəcikləri düşürdüsə, Qrimsvotnun külü daha kobuddur və tez yerə endiyindən təyyarə mühərrikləri üçün təhlükəli deyil.
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Yatmış "div" yenə oyandı

    cox dehşetlidirrrrrrrr alalh saxlasin
    teşekürler
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.