2 sonuçtan 1 ile 2 arası

Müğənnimiz Tacir erməni ifaçı ilə duet oxuyub ŞOK (VİDEO)

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Müğənnimiz Tacir erməni ifaçı ilə duet oxuyub ŞOK (VİDEO)

    Tanınmış müğənni Tacir Şahmalıoğlunun “YouTube” videoportalında şok videosu yayılıb. Videoda əslən qarabağlı olan müğənni erməni ifaçı ilə eyni səhnəni bölüşərək, muğam oxuyur. “MrHaymuz” adlı erməni istifadəçi tərəfindən videoportala yerləşdirilən videoçarxda erməni müğənninin adı Vle Kolayan, məclisin baş tutduğu ünvan isə “Ocaq” restoranı kimi göstərilib.

    Ancaq müğənni "Yeni Müsavat" qəzetinə bildirib ki, hadisə 2010-cu ildən 2011-ci ilə keçən gecə, dekabrın 31-də baş verib: “Dünya Azərbaycanlılarının həmrəylik günündə Moskvada yerləşən ”Prestij" restoranına dəvət olunmuşdum. Ora “Ocaq” restoranı deyildi. Saytlarda restoranın adı da səhv yazılıb. Mən olduğum “Prestij” restoranı da Nazim adlı azərbaycanlı iş adamına məxsusdur. O, əslən Gədəbəydəndir, biznesmendir. Tədbirdə məlum oldu ki, orada müxtəlif xalqların nümayəndələri var. Bəli, o məclisdə kürdlər və ermənilər də olub. Erməni müğənni bizim mahnını erməni avazı ilə oxuyurdu. Ermənicə oxuduğu mahnını öz musiqiləri kimi təqdim etdi. Mən də orada başqa hərəkət edə bilməzdim. Mən də bir xalqın mədəniyyətini təmsil edən şəxs olaraq həmin mahnını azərbaycanca oxudum. Deyirlər ki, mədəniyyət ən böyük siyasətdir və mən bu siyasətdən çıxış edərək öz mahnımızı öz dilimizdə oxuyaraq cavab vermişəm. Qaldı ki, orada bir neçə şəxs var. Onlardan biri kürd idi. Mən oradan cavabsız çıxsaydım, bu, bir qəbahət olardı. Sivil yolla Azərbaycan dilində mahnı oxuyub qarşı tərəfin cavabını verdim".

    Qeyd edək ki, videoda müğənninin erməni həmkarı ilə duet oxuduğu açıq-aşkar görünür.
    ANS PRESS olaraq müğənni Tacir Şahmalıoğlu ilə ilə əlaqə saxlayaraq mövzu ilə bağlı onun fikirlərini öyrənməyə cəhd etdik. Müğənninin telefonu qapalı olduğundan onun münasibətini öyrənmək cəhdlərimiz baş tutmadı.

    Uşaq yaşlarında “Qarabağ bülbülləri” qrupunun tərkibində unudulmaz şəkildə “Bayatı Şiraz” muğamını ifa edən müğənninin belə addım atması xüsusilə ağrıdıcı faktdır. Axı bu müğənninin ifası demək olar ki, bütün telekanallarda Qarabağın ermənilər tərəfindən işğalı ilə bağlı hazırlanan reportajları bəzəyir. Müğənninin ifa etdiyi “Bayatı Şiraz” hətta dahi bəstəkarımız Üzeyir Hacıbəyovun həyatına həsr edilmiş “Üzeyir ömrü” bədii filmində də yer alıb.

    Bildiyimizə görə, Tacirin özü Azərbaycanın hazırda işağl altında olan Ağdam rayonunda anadan olub.

    Belə bir müğənninin bu addımı atması çox böyük təəssüf hissi doğurur. Mövzuya qayıdacağıq.

    Mənbə: anspress
    [youtube:h7odpds4]http://www.youtube.com/watch?v=F2eSBjBe3RU[/youtube:h7odpds4]
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    386

    Re: Müğənnimiz Tacir erməni ifaçı ilə duet oxuyub ŞOK (VİDEO)

    Eşitdiyime göre o ermeni deyil ermenistanda yaşaan KÜRD dü.Tacirin özüde kürd olduğuna göre tebii ki görüşecekler.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.