3 sonuçtan 1 ile 3 arası

Elçin Həmidov vəfat edib - Elçin Hemidov

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Elçin Həmidov vəfat edib - Elçin Hemidov

    Azərbaycanın məşhur akytoru, əməkdar artisti Elçin Həmidov vəfat edib.

    Qonşularının və tanışlarının bildirdiyinə görə, aktyoru sonuncu dəfə martın 4-də axşam saatlarında görüblər. Bu gün isə ondan xəbər çıxmayıb. E.Həmidov bu gün tamaşada iştirak etməli olsa da, işə getməyib. Bundan sonra onun evinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb. FHN əməkdaşları pəncərədən mənzilə daxil olaraq, E.Həmidovun cəsədini tapıblar. İlkin versiyaya görə, o, ürək xəstəliyindən vəfat edib.

    Həmidov Elçin Qəzənfər oğlu - 1958-ci ildə anadan olub. O, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olub. O, “Olmadı elə, oldu belə”də Gülüstan, “Boşanaq, evlənərik”də İkram, “Qarğa məndə qoz var”da Zərzibonskaya, “Qızıl gül”də Azay, “Beş manatlıq gəlin”də Nadir, “Özümüz bilərik”də Miriş, “Subaylarınızdan görəsiniz”də Mayıl, “Hərənin öz ulduzu”nda Nəzir, “Nəğməli Könül”də Mustafa, “Səhnədə məhəbbət”də ofisiant, “O olmasın, bu olsun”da Rza bəy, “Talelər qovuşanda”da Potuş və başqa surətləri məharətlə oynadığına görə tamaşaçıların rəğbətini qazanıb. Tamaşaçılar onu daha çox “Bakılı oğlanlar”ın (“Planeta parni iz Baku”) tamaşalarında Məzi rolunun ifaçısı kimi tanıyıblar.

    Allah rəhmət eləsin!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Elçin Həmidov vəfat edib - Elçin Hemidov

    Məzi kimi tanıdıq onu Allah Rəhmət Etsin!!!
    [

  3. #3
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Re: Elçin Həmidov vəfat edib - Elçin Hemidov


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.